Porsche Panamera modelinin növbəti nəslinin sınaq testləri intensivliyini artırdığına görə, yeni modelin təqdimat vaxtının yaxınlaşdığı qənaətinə gəlmək olar. Alman istehsalçısının Cayenne modelindən sonra populyar olan hetçbek avtomobilinin yeni nəslinin Shooting Brake tipli kuzovla təklif ediləcəyi barədə saiyələr də gəzməkdədir. Biu şaiyələri təsdiqləyən faktın, yeni modelin hetçbek kuzovlu prototipi ilə yanaşı, kamuflyaj edilmiş universal kuzovlu prototipinin mövcudluğudur. Bununla belə, hələ də Porsche Panamera Shooting Brake modelinin gələcəyi barədə əlimizdə dəqiq məlumat yoxdur.
Hər halda məşhur Nürburqrinq trekində cəsusların çəkdikləri videokadrlara baxdıqda, prototipin sürücüsünün iri universalı inamla döngələrə hücuma yönətdiyinin şahidi oluruq. Bu inam yeni nəsil Panamera modelinin təkmilləşdirilmiş asqı sisteminin döngədəki bordürlərə hücum etməkdən narahat olmadığın göstəricisidir.
Əlbəttə iri premium avtomobilin sürətli döngə və düzlüklərlə bol olan trekdə sürətli dövrələri vurması görüntüləri izləmək hər bir avtomobil həvəskarı üçün çox xoşdur.
Digər videokadrlardan da göründüyü kimi, zaman-zaman hetçbek kuzovlu avtomobilin şassisinin hüdudlarını müəyyən etmək istəyən pilot, onu itirmək təhlükəsi ilə də qarşi-qarşıya qalır.
Bununla belə, avtomobilin axıcı formaları, işıq texnikasının üstünün kamuflyajla örtülməsi maneçilik törətsə belə, onun zahiri görünüşü barədə də mülahizə yürütməyə imkan verir.
Bununla belə, 2017-ci ildə debüt edəcək Panamera modelinin yeni altı və səkkiz silinidrli benzin və dizel turbomühərrikləri ilə təchiz ediləcəyi də sirr deyildir. Porsche şirkətinin ən dəbdəbəli yeganə sedanı sayılan bu avtomobil hibrid güc aqreqatı ilə də təchiz ediləcəkdir. Çox güman ki, Porsche Panamera modelinin yeni nəslinin rəsmi təqdimatı payızda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.
Hər halda bizə payızda keçiriləcək Paris avtosalonunu gözləmək qalır. Lakin, sürprizləri də istisna etmək olmaz - artıq bir çox avtomobil istehsalçıları yay aylarında yeni avtomobillərin onlayn- təqdimatının keçirilməsini ənənəyə çeviriblər.
Paris 2012: Porsche Panamera Sport Turismo concept