Batareyalı nəqliyyat vasitələr seqmentinin ləng inkişafı səbəbindən Porsche şirkəti diqqətini yenidən daxili yanma mühərriklərinə yönəltmək istəyir. Alman istehsalçısı daxili yanma və plagin hibrid aqreqatları olan yeni avtomobilləri buraxmağı, xüsusi nəşrlərin və eksklüziv seriyaların çeşidini genişləndirməyi planlaşdırdığını rəsmən açıqlayıb. Təşkilati strukturda da dəyişikliklər gözlənilir.
Daxili yanma mühərrikləri olan yeni avtomobillərin hazırlanmasına plandankənar olaraq 800 milyon avroya yaxın sərmayə qoyulmalıdır, ona görə də Porsche şirkətinin mənfəəti yaxın gələcəkdə azalmalıdır. Marjanın da 10-12 faizə düşəcəyi gözlənilir ki, bu da hədəflənən 17-19 faizdən xeyli aşağıdır. Uğursuz maliyyə nəticələri artıq şirkətin yüksək səviyyəli menecerlərin işdən çıxarılmasına səbəb olub.
2024-cü il yerinə yetməyən proqnozlar ili olsa da, Porsche Volkswagen konserninin ən böyük qazanc generatoru olaraq qalır. Bununla belə, strategiyanın dəyişməsi investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərib: hesabatdan sonra səhmlər bir anda yeddi faiz ucuzlaşaraq, bir səhm üçün 55,5 avroya düşüb. Porsche keçən həftə müzayidəni 2022-ci ilin payızındakı IPO-dan sonra ən pis nəticə ilə bağlayıb.
Porsche şirkətinin ilkin strategiyası tədricən daxili yanma mühərriklərindən imtinanı və 2030-cu ilə qədər model cərgəsinin 80 faizini elektrik dartmasına keçirməyi nəzərdə tuturdu. Bununla belə, batareyalı avtomobillər bazarının zəifləməsi səbəbindən planlara düzəlişlər etmək gərək olub: hətta benzin mühərrikli Macan krossoverinin də yenidən canlandırılacağını da gözləmək olar.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.