Porsche şirkəti yüksək dağlıq massivində yerləşən müvəqqəti tizarət meydançasını açıb.
Ticarət meydançası fransız Val d’İzer kommunasının dağ yamacında yerləşir. Porsche şirkətinin satış nöqtəsi dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Meribel dağ-xizək kurortundakı ROK restoranının yanında yerləşir. Ticarət nöqtəsi kristal formasında olan şüşə günbəzdən ibarətdir. Konstruksiyanın ümumi çəkisi üç tonun üzərindədir.
Onun daxilində son nəsil Porsche Cayenne modeli sərgilənir. Mağazanın quraşdırılması üçün helikopterin və qar kvadrasikllərindən istifadə edilib. Porsche şirkətindən mağazanın konstruksiyasının güclü qar yağıntısına, mənfi 25 Selsi temperaturuna və 170 km/saat sürətlii küləkləri olan “Eleanor” tufanına dözdüyünü bildirib.