Hyundai Motorsport komandasının pilotu Dani Sordo Portuqaliya rallisi öncə dünən keçirilmiş şeykdaunda ən yeyin pilot olmuşdur.

4,6 kilometrlik Baltar test xüsusi sahəsində ispan pilot çempionatın lideri olan Sebastyen Ojyeni 0,1, Latvalanı isə 0,2 saniyə qabaqlamışdır. İlk keçiddə üstünlük Mads Ostberqdə olsa da, ikinci və üçüncü keçidlər Sordonun üstünlüyü ilə nəticələnmişdir. 

Dani Sordo: «Günə yaxşı başlamışıq və mən avtomobildən çox razıyam. Avtomobilin konfiqurasiyası öncəki mərhələ olan Argentina rallisindən dəyişilməz qalmışdır. Biz asqının sazlamalarına xırda dəyişiklik edərək düzgün istiqamətdə addım atmışıq. Rallinin təşkilatçıları mərhələ öncəsi yolları səliqəyə salmağa müvəffəq omuşdurlar».

Test dopundan beş keçid edən yeganə pilot Kris Mik olmuşdur. Özünün ən yaxşı nəticəsini Kris son keçiddə göstərərək Latvalaya 0,1 saniyə uduzmuşdur. Elfin Evans və Ostberq ilk altılığı tamamlamışdırlar.