Portuqaliya raliisində maraqlı hadisələr cərəyan etməkdə davam edir. Cümə günü səhər liderliyi ələ keçirmiş Yari-Matti Latvala günün sonuna birincilik uğrunda mübarizə şansını əldən vermişdir.

Cümə günü artıq Latvala, Kris Mik və Heyden Paddon birincilik arzuları ilə vidalaşmalı olmuşdurlar. Ponte de Lima xüsusi hissəsindən sonra ilk səkkiz pilotu 8,9 saniyə ayırırdi. M-Sport komandasının pilotu Ott Tanyak ilə Latvalanı 0,1 saniyə ayırırdı. İlkin olaraq problemlərlə Latvala üzləşdi - əyləcləmə zamanı özünü qəribə şəkildə aparan avtomobil sonunda yoldan çıxaraq zədə aldı. Bu xəsarətin aradan qaldırılmasına beş dəqiqə vaxt sərf edildi.

Öz növbəsində Kris Mik axşam sessiyasında liderliyə yüksəlsə də, altıncı xüsusi hissədə şinləri qorumaq səbəbindən beşinciliyə gerilədi. 

Buna baxmayaraq, sonradan Mik iki xoşagəlməz hadisə ilə üzləşdi - əvvəlcə şinin deşilməsi, onun ardınca isə asqının zədə alması səbəbindən yarışdan kənar qalmalı oldu.

Üçüncü yerə yüksəlmiş Heyden Paddon da texniki nasazlıqla üzləşdi - yeddinci XH-də Hyundai avtomobili dayansa da, sonradan mühəndislərin köməyi ilə yeni zelandiyalı mübarizəyə qayıtdı. Lakin, bu nazalıq ona 10 dəqiqəlik vaxt itkisi ilə başa gəldi.

Beləliklə, Ott Tanyak liderliyə yüksəlmiş oldu. Buna baxmayaraq, eston pilot da altıncı XH-də avtomobilini zədələdi. Dani Sordo və Sebastyen Ojye ikinci və üçüncü yerdə qərarlaşdılar. Kreq Brin isə 10,3 saniyə geridə qalaraq dördüncü oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt