M-Sport komandasının pilotu Sebastyen Ojye karyerasında beşinci dəfə Portuqaliya rallisində qalib gəlmişdir.
Sonuncu yarış gününü Sebastyen ən yaxın təqibçisi olan Tyerri Nevil qarşısında 16 saniyəlik üstünlüklə başlamışdır. Ojye 16-cı xüsusi hissədə rəqibinə 0.8 saniyə uduzsa da, Luilhas xüsusi hissəsində öz liderliyini üç saniyə möhkəmləndirmişdir. Nevil son iki xüsusi hissədə Ojyedən yeyin olsa da, bu qüvvədə olan dünya çempionuna çatmağa kifayət etməmişdir.
Portuqaliya rallisinin finişində Ojye ilə Nevil arasında 15 saniyə fərq vardı. Portuqaliya rallisini üçüncü yerdə digər Hyundai pilotu Dani Sordo tamamlamışdır. İspaniyalı liderdən 1 dəqiqə geridə qalmışdır. Bir gün öncə yarışa liderlik edən və arxa asqısını sındıraraq liderliyi Ojyeyə təhvil verməyə məcbur olmuş Ott Tanyak yarışı dördüncü bitirmişdir.
Qeyd etmək lazımdır ki, Tanyak Powerstage hissəsində ən yaxşı zamanı göstərərək Nevil və Elfin Evansı üstələmişdi. Kreyq Brin yarışı beşinci, Elfin Evans isə altıncı olaraq başa vurmuşdur.
Səkkizincidən onuncuya qədər olan yerləri Mads Ostberq, Yari-Matti Latvala və Esapekka Lappi bölüşdürmüşdürlər.
WRC2 katerqoriyasında gözlənilmədən Pontus Tidemand qələbə çalmışdır.
Son iki gündə Şkoda pilotu Andreas Mikkelsenin liderlik etməsinə baxmayaraq, norveçli Powerstage hissəsində avtomobilini aşıraraq qələbəni Tidemanda vermişdir.