M-Sport komandasının pilotu Sebastyen Ojye Portuqaliya rallisinin ikinci gününü lider olaraq tamamlamışdır. Komanda yoldaşı Ott Tanyakın 12-ci Xüsusi Hissədə avtomobilinin arxa sol asqısını zədələməsindən sonra liderliyi ələ keçirən fransız pilot günün sonuna üstünlüyünü qoruyub-saxlamağa müvəffəq olmuşdur.

Ojyeni ən yaxın təqibçisi olan Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil ara zamanını üç saniyə azaltmağa müvəffəq olsa da, onun liderdən olan fərqi 16,8 saniyə təşkil edirdi. Günün aralıq protokolunda üçüncü yerdə Nevilin komanda yoldaşı Dani Sordo qərarlaşmışdır. Lakin, ispan pilot Nevildən 51,3 saniyə geridə qalır. Şənbə günü sonuncu 15-ci XH-ni Sordo Hyundai i20 WRC avtomobilinin zədələnmiş arxa hissəsi ilə keçmişdir.

Bu arada, M-Sport komandası fədakarlıq nümunəsi göstərərək Ott Tanyakın avtomobilinin zədəlnmiş arxa sol asqısını təmir etmişdir ki, bu da eston pilota mübarizəni davam etdirmək şansı vermişdir. Son üç xüsusi hissələrdə Tanyak Ojyedən 15 saniyə geridə qalmasına baxmayaraq eston pilot dördüncü yerə yüksəlmişdir. Buna Kreyq Brinin zaman itkisinə məruz qalması da səbəb olmuşdur.

Günün sonuna altıncı yeri Toyota pilotu Yuho Hannineni üstələmiş M-Sport pilotu Elfin Evans tutur. Hanninenin həmyerlisi Esapekke Lappi son dopda səhvə yol verərək divara çırpılaraq beş dəqiqədən çox zaman itirmişdir. Lappinin qəzası Mads Ostberqə, Yari-Matti Latvalaya və Andreas Mikkelsona müvafiq olaraq səkkizinci, doqquzuncu və onunculuq gətirmişdir. Şkoda pilotu Mikkrlson əvvəlki kimi WRC2 kateqoriyasında liderliyini davam etdirir. O, ən yaxın təqibçisi Pontus Tidemanı üç dəqiqə üstələyir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt