Hyundai Motorsport komandasının pilotu Tyerri Nevil və M-Sport komandasının üzve Mads Ostberq Portuqaliya rallisinin ilk Xüsusi Sahəsində liderliyi ələ alıblar. Hər iki pilot qısa tamaşaçı xüsusi sahəsində eyni zamana imza ataraq liderliyi bölüşdürüblər.
Norveçli və belçikalı 2.36,6 zamanla dövrəni başa vuraraq digər bir Hyundai pilotu olan Heydon Paddonu üstələmişdirlər. Paddon komanda yoldaşından və Ford Fiesta WRC pilotundan 0,1 saniyə geridə qalmışdır. Dünən şeykdaunda liderlik edən Cənubi Koreya istehsalçısının pilotu Dani Sordo yalnız beşinci nəticəni göstərə bilmişdir. Dördüncü yerdə isə DMACK komandasının uelsli pilotu Elfin Evans qərarlaşmışdır.
Çempionatın lideri olan Sebastyen Ojye (M-Sport) Yari-Matti Latvalanı (Toyota Gazoo) qabaqlayaraq ilk altılığı tamamlamışdır. Citroen komandasının ən yaxşı nəticə göstərmiş pilotu, səkkizinci nəticə ilə Stefan Lefevr olmuşdur. WRC2 sinifində isə, liderliyi Şkoda Motorsport komandasının təmsilçisi Andreas Mikkelson ələ keçirmişdir. Norveçli ən yaxın təqibçisi olan Teemu Sunnineni (M-Sport) 1,6 saniyə üstələyir.