M-Sport komandasının pilotu Sebastyen Ojye komanda yoldaşı Ott Tanyakından liderliyi təhvil almışdır. Bu yer dəyişikliyi tanyakın avtomobilinin arxa sol asqısını zədələməsindən sonra baş vermişdir.
Sebastyen tədricən komanda yoldaşına yaxınlaşmağa müvəffəq olmudu. Artıq 11-ci XH-nin başlanmasına iki pilot arasında 6,3 saniyə fərq mövcud idi. Buna baxmayaraq Tanyak 11-ci XH-ni uğurla qət etmiş və 12-ci XH-nini iki aralıq nöqtəsində qələbə qazanaraq mövqeyini möhkəmləndirmişdi. Lakin, üçüncü nöqtənin əvvəlində eston pilot yamacda sərt daxil olaraq arxa sol asqısını zədələmişdi.
Problemlərlə üzləşən eston pilot avtomobilini finişə qədər çatdırmışdır. Artıq o Ojyedən 1 dəqiqə 16,8 saniyə geridə qalaraq yarışı beşinci davam etdirir.
«Finişə 20 kilometr qalmış mən əyləcləmə nöqtələrinin birində xarici radiusda olan zaman yamaca toxundum. O dəqiqə nəyin isə sındığını hiss etdim», - deyən estoniyalı açıqlama vermişdir.
Öz növbəsində Ojye təəssüfləndiyini bildirmişdir: «Ott yarışı çox yaxşı davam etdirirdi. O, 11-ci XH-də əla vaxt qeydə almışdı. Ümid edirəm ki, Ott mübarizəni davam etdirəcəkdir».
Pilotlar çempionatının liderinin hal-hazırda ən yaxın təqibçisi Hyundai pilotu Tyerri Nevildir. Nevil liderdən 19,5 saniyə geridə qalır. Öz növbəsində onu komanda yoldaşı Dani Sordo təqib edir.