Toyota komandasının fin pilotu Yari-Matti Latval Portuqaliya rallisinin səhər hissəsində liderliyi ələ keçirmişdir. O, ən yaxın təqibçisi olan Kris Miki yarım saniyə qabaqlamağa müvəffəq olmuşdur.

Dünən keçirilmiş tamaşaçı xüsusi hissəsindən sonra liderliyi Mads Ostberq və Tyerri Nevil bölüşdürürdülər. Lakin, cümə günü birinci dopdan sonra norveçli və belçikalı geriyə düşmüş, liderliyə isə Heyden Paddon yüksəlmişdir.

Bununla belə, Hyundai pilotuna uzun müddət liderlik etmək qismət olmamışdır. Artıq XH3-dən sonra ralliyə Yari-Matti Latvala bşçılıq etmişdir. Paddon isə xüsusi hissədə dayanaraq vaxt itkisinə məruz qalmış və altıncı yerə geriləmişdir.

Dördüncü dopdan sonra Latvalanın keçən ilki Portuqaliya rallisinin qalibi Kris Mikin üzərindəki üstünlüyü 5 saniyəyə düşmüşdür. Səhər sessiyasını üçüncü tamamlayan Ott Tanyak (M-Sport) liderə 12 saniyə uduzmuşdur. Dördüncü yerdə eston pilotdan 0,2 saniyə geridə qalan Kreq Brin qərarlaşmışdır.

Rəqibləri üçün trassanı təmizləyən Sebastyen Ojye beşinci olmuşdur. Fransız Latvalaya 4,8 saniyə uduzsa da, Paddondan 5,4 saniyə irəlidədir.  Yeddinci və səkkizinci yerdə iki Hyundai pilotu Nevil və Dani Sordo qərarlaşmiş, ilk onluğu isə Ostberq və dördüncü dopda təkəri deşmiş Elfin Evans tamamlayırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt