Özünün cəsarətli layihələri ilə məşhur olan Posaidon tüninq atelyesi Mercedes-AMG E63 modelinin ən güclü variantını təqdim etmişdir. Avtomobil həm görünüş cəhətdən, həm də texniki cəhətdən ciddi dəyişikliklərə məruz qalmışdır. Xatırladaq ki, Mercedes-AMG E63 avtomobilinin standart variantı iki turbokompressorlu 5,5-litrlik mühərriklə təchiz edilir.
Turbomühərrikin gücü 557 at qüvvəsi, fırlanma anı isə 800 Nm təşkil edir. Posaidon atelyesinin mütəxəssislərinin müdaxiləsindən sonra mühərrikinin gücü 1020 at qüvvəsinə, fırlanma anı isə 1400 Nm-ə qədər yüksəldilmişdir. Beləliklə, tüninq keçmiş bu avtomobilin E63 modelinin platformasında hazırlanan ən güclü avtomobil olduğunu əminliklə söyləmək olar.
Atelye mütəxəssislərinin bildirdiyinə görə, onlar belə yüksək məhsuldarlığa interkuler və turbinalarlın daha irisi ilə əvəz edilməsi və mühərrikin idarəetmə elektronikasının yeni proqram təminatının köməyi ilə nail olmuşdurlar.
Əlbəttə ki, mühərrikin ciddi şəkildə artmış imkanları avtomobilin transmissiyasının da yenidən işlənilməsini vacib etmişdir. Avtomobilin standart transmissiyası mühərrikin iki dəfə artmış gücünə dözməyə bilərdi.

Posaidon tərəfindən təkmilləşdirilmiş Mercedes-AMG E63 modeli ilk "yüzlüyə" 2,8 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 368 kilometr-saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Səbəb - şinlərin yüksək daha sürətə hazır olmamasıdır.
Belə bir yüksək sürətli avtomobilin əyləc sistemi də müvafiq effektivliyə malik olmalıdır. Bu səbəbdən də Posaidon mütəxəssisləri avtomobili öndə 420-millimetrlik diskləri və altı porşenli, arxada isə 360-millimetrlik dörd porşenli mexanizmləri olan karbon-saxsı əyləc sistemi ilə təchiz etmişdirlər.
Avtomobilin salonunda da ciddi dəyişikliklər edilmişdir. Çəkiyə qənaət edilməsi məqsədi ilə arxa oturacaqlardan və qapı panellərindən imtina edilmiş, öndə isə yüngül karkaslı idman oturacaqları quraşdırılmışdır. Faktiki olaraq, Posaidon RS850+ avtomobili dörd qapısının mövcud olmasına baxmayaraq, iki yerlik salon təklif edir.