Yunan mofologiyasındakı dənizlər tanrısı olan Poseydonun adını daşıyan tüninq atelyesi Mercedes-AMG C63/C63 S Estate modeli üçün yeni tüninq proqramını açıqlamışdır. Atelyenin mütəxəssisləri hesab edirlər ki, avtomobil lazımi dərəcədə güclü deyil və onun mühərrikinin əlavə «atlara» böyük ehtiyacı vardır. Bu səbəbdən də, onlar bu avtomobilin sahiblərinə yeni tüninq dəstindən istifadə etməyi təklif edirlər. Posaidon’nun mütəxəssisləri ilk növbədə avtomobilin ön kapotunun altında yerləşmiş 4,0-litrlik biturbo V8 mühərrikindən başlamağı tövsiyyə edirlər.
Onlar, mühərriki yeni turbokompressorla, yenilənmiş proqram təminatı, təkmilləşdirilmiş soyutma sistemi və tam yeni «birbaşa turbokompressorlara birləşən və idman katalizatorlarına malik olan» işlənmiş qazların tullanması sistemi ilə təchiz etməyi məsləhət görürlər.
Bu dəyişikliklər sayəsində bərkgedən C-Klasse'ın mühərrikinin gücü 690 at qüvvəsi, fırlanma anı isə 890 Nm edir. Güc aqreqatı təkmilləşdirilmiş 7-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır və avtomobilə 0 - 100 km/s sürətini 3,4 saniyəyə toplamağa imkan verir. Avtomobilin maksimal sürəti 343 km/s təşkil edir.
Xatırladaq ki, Mercedes-AMG C63 variantının mühərriki 469 at qüvvəsi və 650 Nm fırlanma anına malikdir. Avtomobilin C63 S modifikasiyasının mühərriki isə 503 at qüvvəsi və 700 Nm fırlanma anı təklif edir.
Müştərilər həmçinin, təkmilləşdirilmiş arxa differensial, mühərrikin start/stop sistemində düzəlişlər edilməsini və naviqasiya sistemində sürət radarlarının yerini göstərəcək «speed-trap» funksiyasını sifariş edə bilərlər.