Alman Posaidon tüninq atelyesi yeni layihəsini təqdim edib. Bu «qaynar» Mercedes-AMG A45 hetçbekinin təkmilləşdirilmiş variantıdır. Avtomobilin mühərrikinin gücü artırılmış, robotlaşdırılmış transmissiyası isə modifikasiya edilmişdir.
381 at qüvvəsi və 475 Nm hasil edən 2,0-litrlik turbomühərrik yeni kompressor, genişləndirilmiş interkuler, yarış alışma sistemi, dəyişdirilmiş giriş isitemi və elektriklə idarələnən klapanı olan yeni buraxılış sistemi ilə təchiz ediblər.
Güc aqreqatı həmçinin sumetanol qarışığının çilənməsinə və yenilənmiş proqram təminatına malik olub. Bu yenilənmələr nəticəsində mühərrikin gücü 558 at qüvvəsinə, fırlanma anı isə 660 Nm-ə yüksəlib. Tüner avtomobilin yeni dinamik göstəricilərini açıqlamayıb.
Əvvəl Posaidon tərəfindən təqdim edilmiş 500 at qüvvəli A45 100 km/saat həddini 3,5 saniyəyə toplayırdı. Onun maksimal sürəti 315 km/saat təkil edirdi. Adi hetçbekə ilk «yüzlüyü» toplamaq üçün 4,2 saniyə tələb edilir. Mercedes-AMG A45 modelinin maksimal sürəti 250 km/saatdır.