Çexiyanın Praga şirkəti Bohema adlı hiperkarını təqdim edib. Kiçik tirajla buraxılacaq hiperkar Kresta Racing ralli komandası tərəfindən əl ilə yığılacaqdır. Bohema modeli Nissan GT-R sportkarının hasilatı artırılmış mühərrikinə, üfüqi amortizatorları olan yarış asqısına və iki metrə qədər boyu olan iki böyük üçün nəzərdə tutulmuş nisbətən rahat salona malik olacaqdır. Hiperkarın tirajı 89 nüsxədən ibarət olacaqdır. Praga Bohema modelinin qiyməti 1,28 milyon avrodur.
Avtomobilin əsas cəhəti bir tondan az (989 kiloqram) olan çəkisidir. Bundan başqa, hiperkarın adi yollara çıxışı olsa da, o, trekdə GT3 sinifdən olan yarış avtomobilləri ilə eyni dövrə zamanını göstərməyə qadirdir.
Hiperkarın əsasını karbonplastikdən hazırlanmış monokok təşkil edir. Kompozitdən həmçinin xarici kuzov panelləri və 56 fərdi elementə, habelə dəri və alkantara üzlüklər ilə birlikdə 34 kiloqram çəkiyə malik olan salon da hazırlanıb.
Bohema modelinin arxa qanadlarında iki 50-litrlik bölmə var. Bu bölmələrə firma baqaj dəstini, dəbilqə, yarış kostyumu və səyahət çantasını yerləşdirmək olar. Qapılar elektron idarəetməyə və mexaniki ehtiyat qıfıllarına malikdirlər.
Güclü əyriliyə malik olan ön şüşə heyrətamiz görünüş bucağını təmin edir. Məlum məsələdir ki, belə şüşə həmişə təmiz olmalıdır və Praga mütəxəssisləri şüşəsilənin bütün səth boyu tam yatmasını təmin edən qeyri-adi siləcək mexanizmi işləyib hazırlayıblar. Digər ekstravaqant detal isə, uzun dayaqlar vasitəsilə şassiyə bərkidilmiş yan güzgülərdir.
Bohema hiperkarı Nissan GT-R kupesindən tanış olan 3,8-litrlik “biturboaltılıq” ilə hərəkətə gəlir. Mühərriklərin təkmilləşdirilməsi Britaniyanın Litchfield Engineering firmasına həvalə edilib.
Güc aqreqatı “quru” karteri (ağırlıq mərkəzini aşağı salmağa və yağ qıtlığından yaxa qurtarmağa yardım edir), yeni turbokompressorları və titandan buraxılış xəttini alıb. PL38DETT indeksinin almış mühərrik təxminən 700 at qüvvəsi və 725 Nm fırlanma anı hasil edir.
Özü də bu, altısilindrli mühərrikin baza spesifikasiyasıdır, çünki Litchfield Engineering bu mühərrikin 1000 at qüvvəsi hasil edən VR38DETT versiyasını hazırlamaq təcrübəsinə malikdir.
Biturbomühərrik Hewland firmasının sekvental qutusu ilə tandemdə çalışır. Güc qurğusu və ötürmələr qutusu salona ötürülən titrəyişləri azaltmaq üçün monokokdan ayrılıblar. Asqı müstəqildir, təkanverici çubuqlara və tənzimlənən üfüqi amortizatorlara malikdir.
Təkər disklərinin ölçüsü öndə 18, arxada isə 19 düymdür, lakin Bohema bütün təkərlərdə FIA GT3 qaydalarına uyğun olan şinlər taxılmış 18-düymlük təkər disklərini quraşdırmağı da təklif edir.
250 km/saat sürətilə hərəkət edən hiperkarın aerodinamik dayağı 900 kiloqrama bərabər olan yerəbasma qüvvəsi yaradır. Bohema 100 km/saat həddinə sürətlənməyə 2,3 saniyə sərf edir. Elan edilmiş maksimal sürət həddi 300 km/saatdan çoxdur.
Bundan başqa, Bohema tənzimlənən sürücü oturacağı, sükan və pedallar ilə öyünə bilər. Hiperkarın təchizatına kondisioner, elektron dayanacaq əyləci, qapılarda və oturacaqların arxa hissəsindəki xırda əşyalar üçün bir neçə bölmə daxildir. Mərkəzi konsolun üzərində smartfonu taxmaq üçün yer də nəzərdə tutulub – bu, qadcetdən naviqator kimi istifadə etməyə imkan verəcəkdir.
Plana əsasən, hiperkarların yığılmasına gələn ilin birinci yarısında start veriləcəkdir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Praga Bohema hiperkarının istehsalı ilə Kresta Racing ralli komandası məşğul olacaqdır. Bütün avtomobillər əllə yığılacaqlar. 2023-cü il üçün kvota 10 nüsxədən ibarətdir. Sonra isə, hər il 20 avtomobil buraxılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.