Almaniyadan olan Prior Design firması Porsche Macan modeli üçün stayliq dəstini təqdim etmişdir. Krossover üçün xüsusi olaraq yaradılmış aerodinamik kuzov dəsti şüşəplastikdən hazırlanmışdır. Bu dəstə yeni radiator barmaqlığı, dəyişdirilmiş ön bamper və splitter, ciddi şəkildə genişləndirilmiş təkər tağları və yan kandarlar, həmçinin avtomobilin damında və baqaj bölümünün qapısında quraşdırılmış spoylerlər daxildir.
Tüninq atelyesi avtomobil üçün müxtəlif rənglərə boyanmış 20-düymlük Vossen firmasının istehsalı olan təkər disklərini, yeni arxa bamper və diffuzoru təklif edir. Bundan əlavə, atelye mütəxəssisləri müştərinin arzusuna uyğun olaraq avtomobilin interyerini yenidən işləməyə, həmçinin yeni buraxılış sistemini quraşdırmağı və avtomobilin hərəkət hissəsinin yenidən nizamlamağa da hazır olduqlarını bildirmişlər.