Prior Design atelyesi Audi A6/RS6 Avant modelləri üçün nəzərdə tutduğu tüninq proqramını təqdim etmişdir. Audi A6 (C7) modelinin beş ildən artıq bir müddətdə buraxılmasına baxmayaraq, tüninq firmaları İnqolştatdan olan örta ölçülü avtomobil üçün yeni proqramlar təklif etməyə davam edirlər. Bu firmalardan biri də yuxarıda adını çəkdiyimiz Prior Design atelyesidir ki, bu atelyenin mütəxəssisləri daha praktik sayılan Avant modelləri üçün coxlu sayda parçadan ibarət olan kuzov dəsti təklif edir. Bu dəst hər iki modifikasiya - həm adi A6 Avant, həm də «bərkgedən» RS6 Avant universalı üçün də nəzərdə tutulmuşdur.
Prior Design atelyesinin təklif etdiyi kuzov dəsti tüninq işinin klassik ənənlərinə uyğun hazırlanmışdır. Avtomobilə cəlbedici aqressiv görkəm bəxş edən bu dəstin tərkibinə yeni dizaynlı ön və arxa bamperlər, təkər tağlarının genişləndiriciləri və daha nəzərə çarpan yan kandarlar, həmçini damın qurtaracağında quraşdırılmış spoyler daxildir.
Şəkillərdən də göründüyü kimi, avtomobilin arxa bamperində quraşdırılmış karbondan hazırlanan diffuzor və baqaj qapağının üzərində quraşdırılan spoyler avtomobilin arxa hissəsinin dizaynını daha gözəgəlimli edir. Bu dəstin quraşdırılması nəticəsində universalın eni ön tərəfdə 8 millimetr, arxa tərəfdə isə 10 millimetr daha geniş olur.
Bu möhtəşəmliyi tamamlamaq vəzifəsi isə, Vossen firmasının istehsal etdiyi 21-düymlük tutqun tünd bozrəngə boyanmış 10 ədəd mili olan VPS-310 təkər disklərinə həvalə edilmişdir. Yeni «ayaqqabılar», KW firmasının istehsalı olan asqı sayəsində daha cazibədar görünüşə sahib sahib olmuşdurlar.
Bütün bu dəyişikliklər avtomobilin dinamik xüsusiyyətlərini artıracaq güclü mühərrikə ehtiyac olduğunu söyləyir. Prior Design mütəxəssisləri Audi A6 Avant modelinin 3,0-litrlik altısilindirli dizel mühərrikinin gücünü 98 at qüvvəsi artıraraq 411 at qüvvəsinə fırlanma anını isə 157 Nm artıraraq 807 Nm-ə yüksəltməyi təklif edirlər.
Audi RS6 Avant modelinin 4,0-litrlik TFSI V8 mühərrikinin göstəriciləri isə 110 at qüvvəsi və 130 Nm artaraq, 670 at qüvvəsinə və 830 Nm çatmışdır.