Hazırladığı tüninq dəstləri ilə məşhur olan Prior Design atelyesi yeni nəsil Audi R8 sportkarı üçün kuzov dəstini nümayiş etdirmişdir. Atelye mütəxəssislərinin müdaxiləsindən sonra sportkar ən iri arxa panelə malik olmuşdur.

Avtomobil genişləndirilmiş və hava girişləri olan arxa qanadlara sahib olmuşdur ki, bu qanadlar da iri arxa bamperə xüsusi çəpərciklər vasitəsi ilə birləşdirilir. Yeni diffuzor da avtomobilin eksteryerindəki aqressiyanı artırmış olur.  Havalandıma dəlikləri ilə yeni yan «ətəklər» və ön qanadlar da qürrələnə bilər. Ön bamper isə yeni splitterə sahib olmuşdur. Bütün bu möhtəşəmliyi qara parlaq rəngli əlavələri olan kapot tamamlayır. Bundan başqa, Prior Design sportkar üçün geniş opsiyalar çeşidini də hazırlamışdır. Bunların arasında asqı dəsti, buraxılış sistemləri, 20-düymlük təkər diskləri və interyerin müxtəlif növ tərtibatı da vardır.

Xatırladaq ki, Audi R8 sportkarı 610 at qüvvəli 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Sportkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saat təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt