Alman Prior Design tüninq atelyesi ekstremal Dacia Duster krossoverinin layihəsini təqdim edib. Duster 4x4 Offroad Widebody adlandırılan tüninq dəsti gələn il satışa çıxarılacaqdır.
Duster 4x4 Offroad Widebody dəstinə gücləndirilmiş asqı sistemi və iki santimetr artırılmış klirens daxildir. Mürəkkəb yolsuzluq şəraitində problemsiz hərəkət üçün krossoveri BFGoodrich All Terrain T/A palçıq təkərləri ilə təchiz ediblər.
Ekstremal krossover gücləndirilmiş ön bamper, genişləndirilmiş kandarlar və təkər tağları, həmçinin arxa işıqların qoruyucuları ilə təchiz olunub. Əlavə olaraq, Duster modelinin ön tərəfində LED zolaqlar yerləşdirilib, salonda isə təhlükəsizlik qəfəsi quraşdırılıb. Avtomobilin damında səyahət ləvazimatını daşımaq üçün ekspedisiya baqağı yerləşdirilib.
Mühəndislər güc qurğusunun xüsusiyyətlərini açıqlamırlar. Mütəxəssislərin ekstremal krossoveri gücü 400 at qüvvəsinə çatacaq mühərriklə təchiz etməyi planlaşdırdıqları məlumdur. Belə gücün əldə olunması üsulu hələlik sirr olaraq qalır - Tüner yeni mühərrik quraşdıra və ya mövcud olan aqreqatı təkmilləşdirə də bilər.
Duster 4x4 Offroad Widebody layihəsinin metalda nə zaman ilə tam olaraq tətbiq ediləcəyi məlum deyil, lakin eskizlərdə göstərilən eksteryer tüninqi elementləri 2021-ci ildə Avropa bazarında satışa çıxarılacaqdır.