Məşhur alman Prior Design atelyesi rəsmi olaraq Dodge Challenger Hellcat kkupesi üçün nəzərdə tutulmuş PD900HC staylinq-dəstini təqdim etmişdir. Geniş aerodinamik kuzov parşaları ilə yanaşı, yüksək məhsuldarlıqlı avtomobil gücü 900 at qüvvəsinə qədər artırılmış mühərriki əldə etmişdir. Almaniyalı tünerlər Dodge Challenger Hellcat modelinin standart mühərrikinin gücünü 200 at qüvvəsi artırmağa nail olmuşdurlar. Xatırladaq ki, amerikan əzələ avtomobilinin mühərriki 707 at qüvvəsinə malikdir.
Avtomobilin artmış gücünə uyğun vahiməli görünüşünün olması tüninq işində vacib elementlərdən biridir. Prior Design atelyesinin mütəxəssisləri Dodge Challenger Hellcat sportkarının möhtəşəm gücünü müvafiq aerodinamik kuzov dəsti ilə tamamlamışdırlar.
Kupenin kuzovu al qırmızı rəngə boyanmış, baqaj bölümünün üzərində spoyler bərkidilmiş, təkər tağları genişləndirilmiş, yeni ön və arxa bamperlər quraşdırılmışdır. Arxa bamper yeni diffuzor, ön bamper isə splitterlə təchiz edilmişdir.
Bütün bu möhtəşəmliyi bürünc rəngə boyanmış PD3Forged diskləri ilə tamamlanmışdır.