Britaniyanın Prodrive firması Subaru Impreza WRX restomodunu nümayiş etdirib, onun görünüşü pərəstiş obyektinə çevrilmiş Impreza 22B STi modelinə bənzəyir. Sportkarın rəsmi təqdimatı bu il Qudvudda keçiriləcək Sürət Festivalında baş tutacaqdır.
O, gücü 405 at qüvvəsinin üzərində olan turbomühərrikə, yarımavtomatik ötürmələr qutusuna və üç diferensialı olan tam ötürməyə malikdir. Restomodun planlaşdırılan tirajı cəmi 25 nüsxədən ibarətdir. Onların hər biri ən azı 460 min funt-sterlinqə başa gələcəkdir.
Prodrive P25 restomodunun təqdimatı Impreza WRC (World Rally Car) modelinin yarış debütünün 25-ci ildönümünə həsr olunub. Restomodda orijinal Impreza modelinin gücləndirilmiş polad monokokundan istifadə olunub, lakin qalan hər bir detal əsaslı şəkildə yenidən işlənib. Kuzov demək olar ki, tamamilə karbon lifindəndir. Arxada Impreza WRC modelindən götürülmüş antiqanad quraşdırılıb.
Asqıda McPherson dayaqlarından istifadə edilib və təkərlərin bucağının yeyin tənzimlənməsi imkanı da nəzərdə tutulub. Bundan əlavə, P25 modelində tənzimlənən sıxılması və geri oturtması olan Bilstein amortizatorları, habelə tənzimlənən yaylar və stabilizatorlar da var.
Sportkarın mühərriki Subaru şirkətinin 2,5-litrlik oppozit mühərrikinin ən son versiyasının əsasında hazırlanıb. O, yeni porşenləri, sürgü qollarını, qazpaylayıcı fazanın dəyişdirilməsi sistemi olan klapan mexanizmini, Garrett yarış turbokompressorunu, antilaq texnologiyasını və titandan hazırlanmış Akrapovic buraxılış sistemini alıb. Mühərrikin bəyan edilmiş hasilatı 405 at qüvvəsi və 600 Nm fırlanma anından çoxdur.
Ötürmə, əlbəttə ki, təkərlərarası və aktiv mərkəzi diferensialları olan tam ötürmə sistemidir. Transmissiya altı pilləli sekvental ötürmələr qutusudur. O, çəpdişli çarxlar və iki diskli AP Racing muftası ilə təchiz olunub, habelə pillələri 80 millisaniyədə dəyişmək qabiliyyətinə malikdir.
Prodrive P25 kupesinin maraqlı xüsusiyyətlərindən biri ralli avtomobillərində istifadə olunana bənzəyən lonç-kontrol sistemidir. Onun aktivləşdirilməsi zamanı, drossel və muftanın idarə edilməsi elektronikanın ixtiyarına verilir. İlk üç pilləlinin dəyişdirilməsi avtomatik şəkildə həyata keçirilir, sürücünün isə, ümumiyyətlə, nə isə etməsinə ehtiyac yoxdur. Yeri gəlmişkən, Impreza restomodu 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənir. Avtomobilin tez dayana bilməsi üçün isə, öndə altıporşenli və arxada dördporşenli supportları olan AP Racing əyləcləri quraşdırılıb.
Salonda Motec cihazlar paneli, data-logger və hidravlik əl əyləci peyda olub (tam çəkildikdə fırlanma anının arxa oxa ötürülməsi dayandırılır). Bir seçim olaraq, arxa divandan imtina etmək, təhlükəsizlik yarımçərçivəsini və yüngülləşdirilmiş ön yarış oturacaqlarını quraşdırmaq olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.