Mercedes-Benz şirkəti G-Class ofroderinin «asketik» variantını yenidən istehsal etməyə başlamışdır. «Professional» indeksini almış ofroder yeni mühərrik və müasir elektronikaya sahib olmuşdur. Mercedes-Benz G-Class Professional 245 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,0-litrlik altısilindirli dizel mühərriki ilə hərəkətə gəlir. Gec aqreqatı yeddi pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. 100 kilometr-saat həddini avtomobil 8,8 saniyəyə toplayır. Onun maksimal sürəti isə 160 kilometr-saat təşkil edir. Qarışıq dövrdə 100 kilometrə olan yanacaq sərfiyyaı 9,9 litrə bərabərdir.
Ofroderin klirensi adi G-Class avtomobillərinə nisbətən 10 millimetr artırılaraq 245 millimetr təşkil etmişdir. Bundan əlavə, avtomobilin girmə və enmə bucaqları müvafiq olaraq altı və doqquz dərəcə artmışdırlar. Bu rəqəmlər müvafiq oaraq 36 və 39 dərəcəyə bərabərdirlər. G-Class Professional 600 millimetrlik dərinliyi olan çayı keçmək iqtidarındadır.
«Asketik» Mercedes-Benz G-Class modelini qara tutqun rəngə boyanmış radiator barmaqlığına 265.70 təkərləri təchiz edilmiş qara rəngli təkər disklərinə görə tanimaq olar. Avtomobilin salonunda multimedia sistemi yoxdur və döşəmədə drenaj üçün xüsusi dəliklər mövcuddur. Salonda sadə örtüyə malik olan oturacaqları da görmək mümkündür.
Əlavə ödənişlə bucurqad üçün bərkitmə nöqtələri olan dəmirdən hazırlanmış ön bamper, damda quraşdırılmış nərdivanı olan xüsusi baqaj bölümünü, baqaj hissəsinin döşəməsinin taxta ilə üzlənməsini, ayaqaltıları, işıq texnikasinin müdafiəsini və yüklərin bərkidilməsi üçün xüsusi toru sifariş etmək mümkündür.
Avtomobilin Almaniyadakı sifarişlərinə bu gündan başlayaraq start verilmişdir.
Mercedes-Benz G350 Professional modelinin satış qiyməti 79,9 min avro təşkil edəcəkdir.