Enzo Ferrarinin oğlu atasının idman avtomobilinin üslubunda Ferrari Purosangue krossoverini hazırlayıb. Enzo Ferrarinin həyatı boyunca onun adını daşıyan şirkət idman avtomobillərindən başqa heç nə istehsal etməyib, lakin XXI əsrdə tələbatlar dəyişdiyini görən italyan istehsalçısı öz müştərilərinin istəklərinə qarşı çıxa bilməyib.
Pyero Ferrari öz avtomobili ilə
2022-ci ildə brendin tarixindəki ilk krossover - Purosangue modeli peyda olub. Əlbəttə ki, krossoverin ilk sahiblərindən biri də Pyero Ferraridir. Kommendatorenin yaşayan yeganə oğlu atasının xatirəsinə hörmətlə yanaşaraq, öz krossoverini onun Ferrari 400 Superamerica sportkarının üslubunda tərtib edib.
Müasir model Enzo Ferrarinin şəxsi 1962-ci ilin buraxılış olan Ferrari 400 Superamerica modelinə tam uyğun gələn Verde Dora yaşıl rənginə boyanıb. Purosangue modelinin beşqollu təkər diskləri rənglənməmiş karbona bənzəyən Winter Grey rənginə boyanıblar.
Ferrari 400 Superamerica
Krossover Ferrari 812 Superfast modelindən götürülmüş 725 at qüvvəli 6,5 litrlik atmosfer V12 mühərriki, 8-pilləli “robot” və tam ötürmə sistemi ilə təchiz olunur. 1962-ci ilin Ferrari 400 Superamerica sportkarına gəlincə, sportkar bu günə qədər dəyişməz şəkildə gəlib çatıb və Floridadakı Revs İnstitute muzeyində saxlanılır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.