Geely və Volvo tərəfindən yaradılan Lynk & Co brendi öz avtomobilləri üçün əvvəlcə İsveçin kiçik CMA platformasından istifadə edirdi. 2021-ci ildə təqdim edilən flaqman Lynk & Co 09 krossoveri artıq böyük SPA arxitekturasına əsaslanırdı. İndi isə, Lynk & Co 900 adlı yeni yüksək səviyyəli krossover təqdim olunub ki, bu da hələlik Volvo avtomobilləri üçün əlçatan olmayan SPA Evo platformasında inşa edilən ilk avtomobildir!

SPA2 arxitekturası xüsusi olaraq elektromobillər üçün yaradılıbsa (indiyə qədər ondan yalnız Volvo EX90 və Polestar 3 istifadə edir), SPA Evo platforması fərqli istiqamətdə təkmilləşdirilib: o, qabaqcıl hibridlər üçün nəzərdə tutulub və özündə bir neçə yeniliyi ehtiva edir.

Əgər 09 modeli ikinci nəsil Volvo XC90 krossoveri ilə geniş şəkildə unifikasiya edilibsə (bu yaxınlarda mötədil restylinqə məruz qalıb), Lynk & Co 900 müstəqil modeldir. Üstəlik, bu avtomobil nəzərəçarpacaq dərəcədə böyükdür.

Məsələn, onun təkər bazası 2984-dən 3160 millimetrə qədər artırılıb: SPA Evo platforması təkər bazası 3050-dən 3300 millimetrə qədər olan hibridlər üçün nəzərdə tutulub.

Bazarda Lynk & Co 900 krossoveri Li L9, Aito M9 və Denza N9 krossoverləri ilə rəqabət aparacaq, ona görə də müvafiq ölçülərə malikdir. Onun uzunluğu 5240, eni - 1999, hündürlüyü isə, 1810 millimetrdir. Konfiqurasiyadan asılı olaraq 20 və ya 21 düymlük disklərdən istifadə olunur.

İrəli çıxan qapı tutacaqları, ön bamperdəki aktiv çəpərcikləri və örtülmüş altlığı olan kuzov belə iri avtomobil üçün heç də pis olmayan aerodinamik müqavimət əmsalını (Cd=0,291) əldə etməyə imkan verib.

Lynk & Co markasının ikili gündüz hərəkət işıqları şəklində olan özəlliyi qorunub saxlanılıb, əsas fənərlər isə, ön hissənin mərkəzində yerləşən böyük matrisa paneli ilə tamamlanır: o, hər biri 32 parlaqlıq səviyyəsinə malik olan 10192 LED-ə malikdir və bu, üçölçülü animasiyanı göstərməyə (şəkil media sistemi vasitəsilə daxil edilə bilər) imkan verir.

Arxa fənərlərdə də matrisa bölmələri var: onlar ayrıdır və ümumilikdə 2400 hüceyrədən ibarətdir.

Beşinci qapı iki bölməlidir – yuxarı qalxan böyük hissə və yığcam açılan bort var. Yan qapılar çəkicilər və elektrik qıfılları ilə təchiz olunublar (içəridən düymə ilə açılır). Standart paketə iki bölməli panoram dam və damda lidarı olan avtopilot daxildir.

Lynk & Co 900 dəbdəbəli üç cərgəli salona malikdir, altı oturacağın hamısı kirşələrdə quraşdırılıb və tam elektrik ötürməsi ilə təchiz ediliblər. İkinci sıranın oturacaqları 550 millimetrlik diapazonda, üçüncü sıranın oturacaqları isə, 125 millimetrlik diapazonda irəli/geri hərəkət edə bilirlər. Üzlük üçün zamşa və nappa dərisindən istifadə olunur. Üçüncü sıranın arxasındakı baqajın həcmi 300 litrdir, üstəlik, ön tərəfdə 20 litrlik bölmə var.

Ön paneldə cihazlar panelinin nazik ekranı (onun nominal diaqonalı 12,7 düym olsa da), proyektor və 6K təsvir ölçüsü olan 30-düymlük nəhəng sensorlu ekranı olan media sistemi var.

Eyni ölçülü ekran ikinci cərgənin üstündəki tavanda quraşdırılıb: o, panoram damın bölmələri arasındakı bənddən çıxır. Mərkəzi tunelin sonunda irəli çıxan soyuducu nov var, audio sistemi Harman/Kardon brendini daşıyır.

Əgər Volvo XC90 hibridi hələ də kifayət qədər sadə “ayrı” güc qurğusuna malikdirsə (daxili yanma mühərriki ön təkərləri, elektrik mühərriki isə arxanı fırladır), Çində 2022-ci ildə Lynk & Co 09 krossoveri üçün daha müasir paralel-ardıcıl EM-P güc qurğusunu uyğunlaşdırıblar.

Yeni Lynk & Co 900 modeli də yeni nəsil EM-P güc qurğusuna malikdir və burada əsas diqqət elektrik mühərrikinə verilir. Daxili yanma mühərriki hələ də təkərlərə qoşula bilər, lakin bu, artıq üç pilləli ötürmələr qutusu vasitəsilə deyil, bir pilləli reduktor vasitəsilə həyata keçirilir.

Krossoverin üç modifikasiyası bəyan olunub. Baza versiyası 1,5-litrlik benzin “turbodördlüyünə”, ön oxdakı 218 at qüvvəli və arxa oxdakı 313 at qüvvəli elektrik mühərrikə malikdir. Hibrid sistemin ümumi gücü  721 at qüvvəsidir. İkinci variant 2,0-litrlik turbomühərrikə və müvafiq olaraq gücü 167 və 313 at qüvvəsi olan elektrik mühərriklərinə malikdir.

Sistemin ümumi gücü 734 at qüvvəsidir. Top versiya isə, arxa oxa quraşdırılmış bir deyil, iki elektrik mühərrikinin (hər təkər üçün 218 at qüvvəsi) olması ilə fərqlənir. Bu hibrid 857 at qüvvəsinə malikdir və 100 km/saata dörd saniyəyə sürətlənə bilir. Maksimal sürət 200 km/saatın üzərindədir.

Dartma batareyası və yürüş ehtiyatı haqqında hələlik məlumat verilməyib. Amma şassi ilə bağlı təfərrüatlar mövcuddur. SPA Evo platforması SPA arabasının baza sxemini qoruyub saxlayıb (qabaqda ikiqat köndələn dayaqlar, arxada çoxqollu asqı), buna baxmayaraq, adaptiv amortizatorlar və iki kameralı pnevmodayaqları standart olaraq quraşdırılır.

Kəskin döngələrdə (həmçinin Sport presetində aktiv şəkildə) ayrı-ayrı kameralar yana əyilmələri minimuma endirmək üçün sinxronlaşdırılmış “tək kameralı” rejimində işləyir. İlk dəfə olaraq arxa oxda idarələnən mexanizm peyda olub və təkərlərin maksimum dönmə bucağı 20 dərəcəyə çatır: krossover yengəc rejimində "diaqonal üzrə" hərəkət edə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön əyləclər dörd porşenli mexanizmlərlə təchiz edilib.

Lynk & Co 900 krossoveri Çin bazarında yazda peyda olmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin yeni flaqmanın hazırda qiyməti 290-348 min yuan (40-48 min dollar) arasında dəyişən Lynk & Co 09 EM-P hibridindən baha olacağı aydındır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.