Lexus markasının Florida ştatındakı dileri olan JM Lexus şirkəti, JM Custom Creations və Wheeltec firmaları ilə birlikdə xüsusi olaraq hazırlanmış Lexus LX570 yolsuzluq avtomobilini təqdim etmidirlər. Yapon avtomobilinin kuzovu, xrom elementlər də daxil olmaqla, tamamilə qara parlaq örtüklə üzlənmişdir. Qara örtükdən nəsibini almayan yeganə element, avtomobilin radiator barmaqlığında olan Lexus brendinin loqotipidir. Nəticədə avtomobil, «Ulduz müharibələri» filmindəki Dart Veyderin dəbliqəsini xatırladan qorxulu görünüşə malik olmuşdur.
Bundan əlavə, tərəfdaşlar avtomobili qara parlaq rəngə boyanmış 22-düymlük Vossen Forged VPS-302 təkər diskləri ilə təchiz etmişdirlər. Bu disklərin ikili milləri arasından Brembo əyləc mexanizmlərinin qırmızı rəngə boyanmış supportları və havalındırmalı əyləc diskləri aydın görünür.
Bildiyimiz kimi, Lexus LX 570 yolsuzluq avtomobili yapon istehsalçısının buraxdığı ən iri avtomobildir və bu səbəbdən də, təkər disklərinin az olmayan ölçülərinə baxmayaraq, onlar avtomobilin qabaritləri ilə müqayisədə çox kiçik görünürlər.
Xatırladırıq ki, Lexus LX 570 avtomobilinin yeni nəsli keçən il debüt etmişdir və 377 at qüvvəsi gücü və 534 Nm frılanma anı olan 5,7-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Azərbaycan bazarında bu dəbdədbəli yolsuzluq avtomobili 173269 manatdan başlayan qiymətlə satılır.