Yeni qurulan Dembell şirkəti bahalı təkərli evlər seqmentindəki yüksək yerlərdən birini tutmaq niyyətində olduğunu bildirib və yarış komandalarının pilotlarının istifadə etdiyi motorhoumların üslubunda olan təkərli evi təqdim edib. Şirkətin debüt modeli, beşulduzlu otel səviyyəsində rahatlıq təmin edən dizayner interyerinə, bahalı avadanlıqlara, qaraja və bütün lazımi şəraitə malik olan Mercedes-Benz Actros modelinin bazasında yaradılmış dəbdəbəli “quru yaxtasıdır”.

Dembell şirkətinin təklif etdiyi hər bir mobil ev bir neçə tərtibat variantını nəzərdə tutur. Məsələn, mətbəxin, yataq otağının və istirahət məkanının sahəsini artıran çıxan bölmələrinin sayını, interyer tərtibatının rəng sxemi və qarajın ölçüsü seçmək olar. Kiçik ölçülü qaraja, məsələn, bir neçə velosipedi və ya kvadrosikli, orta ölçülüsünə - Smart hetçbekini, ən böyüyünə isə 4,5 metr uzunluğunda avtomobili, məsələn, Ferrari California superkarını yerləşdirmək olar.

Təkərli evin standart avadanlıqlarına generator, damdakı günəş panelləri və Miele cihazları ilə təchiz edilmiş mətbəx daxildir. Bundan əlavə, avtomobil ətraf işıqlandırması, 55-düymlük televizor, Bose səs sistemi, elektrik ötürməsi və külək sensoru olan günəş çətiri (6,3 x 3,5 metr) ilə təchiz edə bilərlər. Bundan başqa, bir neçə su çəni də nəzərdə tutulub: içməli su üçün 1000 litrlik, “işlənmiş” sular üçün 550 litrlik (əl-üz yuyan, duş və qabyuyandan gələn su) və “çirkab” suları üçün 350 litrlik.

Əlbəttə ki, motorhoumun interyerinə xüsusi diqqət yetirilir. Dembell şirkəti daxili məkanı təchiz etmək üçün, Azimut Yachts tərsanəsi ilə işləyən italyan dizayn studiyası ilə müqavilə bağlayıb. Təkərli evin döşəməsi tamamilə düzdür və möhkəm ağacla örtülüb. Tavanların hündürlüyü iki metrdən bir qədər çoxdur. Öndə, mikroiqlimin tənzimləməsi və masaj funksiyası olan, pnevmobalonlar üzərində quraşdırılmış dörd kreslo var. Onların üstündə uşaqlar və ya qonaqlar üçün açılan çarpayı yerləşir.

İstirahət zonasında bahalı parça və ya dəri ilə örtülmüş divan, yemək masası, stullar var. Duş otağı təbii daş və şüşə ilə örtülüb, tualet və əl-üz yuyan isə saxsıdandır. Arxa tərəfdə 2x2 metrlik çarpayı və qarderob olan yataq otağı var. Ancaq Dembell şirkətinin təklif etdiyi əsas “fişka” - radiatorları, döşmənin və pəncərə altlıqlarının qızıdılması olan mərkəzi isitmə sistemidir. Çox güman ki, sonuncu sistem kemperin qiymətini ciddi şəkildə artıracaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin motorhoumun qiyməti rəsmi olaraq açıqlanmayıb. Çox güman ki, 27 avqust tarixində Düsseldorf Caravan Salon sərgisində keçiriləcək kütləvi təqdimat mərasimindən sonra təkərli evin qiyməti bəlli olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.