Keçən həftə azərbaycanlı tüninq həvəskarlarını sevindirəcək bir hadisənin şahidi olduq - AzTol Motors şirkətinin yeni tikilmiş servis mərkəzində «QarajPro» adlı tüninq atelyesinin rəsmi təqdimat mərasimi keçirildi. Yeni atelyenin təsisçiləri Autograph.az online-jurnalının yaradıcısı və direktoru, eyni zamanda bloger olan Ramin Musayev, tüninq üzrə mütəxəssis Davud Deqteryov və rəssam-dizayner Orxan Tahirovdur. Yeni atelyenin icraçı direktoru Davud Deqteryov təyin edilmişdir. Maliyyə, strategiya məsələlərinə və PR sahəsinə Ramin Musayev cavabdeh olacaqdır. Orxan Tahirov isə dizayn və tüninq üzrə məsləhətçi vəzifəsini icra edəcəkdir.
Atelyenin rəhbərliyi görüləcək işlərin yerinə yeterilməsi üçün, tüninq sahəsində böyük təcrübəyə mailk olan, yüksək ixtisaslı mütəxəssislər cəlb edilmişdirlər. «QarajPro» atelyesinin tərəf müqabillərindən biri «Evotech Motorsport»dur ki, bu firmanın mütəxəssisləri güc aqreqatlarının proqram təminatını yaxşılaşdırmaq üzrə ixtisaslaşmışlar. Qeyd etməliyik ki, işlər mühərrikin istehsalçı tərəfindən quraşdırılmış müdafiəsinə toxunulmadan, standart blokları bahalısı ilə əvəz edilmədən aparılır.
Yeni atelye həmçinin, «Titan Motorsport» ilə də əməkdaşlıq edir ki, bu firma, məşhur tüninq atelyelərinin istehsalı olan kuzovun aerodinamik parçalarını quraşdırilması ilə tanınmışdır.
«QarajPro» tüninq atelyesi geniş çeşiddə işlərin kompleks şəkildə - fərdi dizaynın işlənib-hazırlanmasından tutmuş qarşıya qoyulmuş texniki məsələlərin həll edilməsini həyata keçirən bir emalatxanadır. Atelye, layihənin digər bir tərəfdaşı olan AzTol Motors şirkətinin Volvo və Suzuki avtomobillərinə xidmət göstərən servis mərkəzində yerləşir.
Təqdimat mərasimində çıxış edən Ramin Musayev, bir ay müddətində xüsusi olaraq seçilmiş avtomobilləri tüninq edəcək «QarajPro» adlı televiziya layihəsinin də efiə çıxacağını bildirdi. Bu layihədə iştirak edəcək xoşbəxt avtomobil sahibləri səsvermə yolu ilə seçiləcəkdirlər. Eyni zamanda telelayihənin aparıcı heyəti də tədbirdə iştirak edən qonaqlara təqdim olundu.
Beləliklə, verlişin aparıcısı Davud olacaqdır. Dizayn işləri Orxana, interyerin tərtibatı isə Vuqara tapşırılmışdır. Tamaşaçılar həmçinin, verlişdə iştirak edən avtomobillərin «parçalanması» ilə məşğul olacaq «Malış» ləqəbli ekzotik bodibilderlə də tanış olacaqlar. Ekspert rolunda isə Ramin çıxış edəcəkdir ki, onun da əsas vəzifəsi tüninq prosesini koordinasiya etmək və görüləcək işlərə nəzarəti həyata keçirmək olacaqdır.
Onu da qeyd etmək lazımdır ki, təqdimat mərasimində bu kollektivin altıncı üzvü olacaq və ekspertin yardımçısı vəzifəsini yerinə yetirəcək şəxsin də seçimlərinin keçiriləcəyi bildirilmişdir. Bu vəzifəyə iddiaçı olan dörd xanım - «Miss Azərbaycan» titulunun sahibi Cavidan Qurbanova, model və aktrisa Kamilla Babayeva, model Elnarə Səfərova və bir sıra avtomobil dilerlərinin marketiq-meneceri vəzifəsində işləmiş Zaminə Zamanova təqdimat mərasimində iştirak edirdiilər.
Qalib TV-layihənin aparıcıları arasında keçiriləcək səsvermə müəyyən edəcək və «QarajPro»nun Bella Pizza restoranında təşkil etdiyi əyləncə gecəsində elan ediləcəkdir.
Təqdimat mərasimində yeni verlişin ilk hissəsinə həsr edilmiş kiçik videoçarx da nümayiş etdirildi. Eyni zamanda qonaqlara ilk qəhrəmanlar - 1968 Mercury Cougar və 1984-cü ilin BMW 728 avtomobilləri təqdim olundu.
«QarajPro» televiziya verlişi mart ayının sonunda AzTV kanalında, eyni zamanda verlişin YouTube və MyVideo.az kanallarındaki səhifəsində, həmçinin KATV1 kabel televiziyasında efirə gedəcəkdir.