Audi şirkəti bu gün Barselonada keçirilən xüsusi tədbirdə bayraqdar A8 sedanının yeni nəslini təqdim edib. Avtomobil tıxacda avtopilot funksiyasını, qəza öncəsi avtomobilin kuzovunu, pis yollarda isə təkərləri qaldıran qeyri-adi asqı sistemini, tam idarələn şassini sürcünün salonda mövcudluğunu tələb etməyən avtomatik dayanacaq sistemini, ayaq massajı funksiyasını əldə edib.

Yeni sedanın qabarit uzunluğu 5172 mm (uzun bazalı modifikasiya - 5302 mm), eni - 1945 mm, hündürlüyü isə 1473 mm təşkil edir. Yeni A8 modelinin təkər bazasının uzunluğu standart avtomobil üçün 2998 mm, uzun bazalı variant üçün isə 3128 mm təşkil edir. Beləliklə, yeni bayraqdar sələfindən 37 mm uzun, 4 mm ensiz və 13 mm hündürdür. Oxlar arasında məsafə isə 6 mm artıb.

Yeni nəsil Audi A8 sedanının zahiri görkəmi bu markanın yeni üslubunda tərtib edilmişdir. Model matrisa tipli ön lazer fənərlər və orqanik işıqdiodlarından hazırlanmış arxa fənərlər ilə təchiz edilir.

Avtomobilin salonunda iki displeyi və az sayda düymələri olan mərkəzi konsolu görmək olar. Yuxarıda yerləşmiş sensorlu displey 10,1 düymlük, ikinci displey isə 8,6-düymlük ölçüyə malikdir. Aşağıdakı displey vasitəsi ilə klimat-kontrolun idarə edilməsi və hərflərin yazılması üçün istifadə etmək olar.

Bütün sensorlu düymələr toxunuşa cavab verirlər.

Audi A8

Eyni zamanda, yeni sedan köndələn dayanıqlılıq stabilizatorları olmayan aktiv pnevmatik asqıya sahib olub.

Stabilizatorları, hər biri aşağı asqı qolları ilə birləşdirilmiş dörd elektromühərrik və ramaltlığında quraşdırılmış titandan olan köndələn qollar əvəz etmişdir. Elektrik mühərrikləri qollara 1100 Nm fırlanma anı ötürürək, döngələrdə və əyləcləmə zamanı kuzovun əyilməsinin qarşısını alır. Bundan başqa, asqı qəza təhlükəsi zamanı kuzovun bir tərəfini 80 mm qaldırmaq qabiliyyətinə malikdir. Aktiv asqı sistemi alın şüşəsinə quraşdırılmış kamera vasitəsi ilə yolun səthini saniyədə 18 dəfə skan edir və  hər bir təkər üçün xüsusi tənzimləməni həyata keçirir.

Asqı yolda aşkar edilən maneə öncəsi təkəri qaldıra da bilir. 

Audi A8 L

Avtomobilin qapılarını açmaq üçün NFC simsiz rabitə modulu olan smartfonu qapı dəstəyinə yaxınlaşdırmaq kifayətdir. Arxa oturacaqlardakı massaj və havalandırma ilə yanaşı, sedan ayaq pəncələrinin massajı funksiyasına da sahib olub. Ön oturacağın kürək hissəsinə quraşdırılmış xüsusi blok qızdırılmaya, üç tezliyə və iki massaj növünə malikdir. Həmçinin sedan ön və arxa qapı dəstəklərinin, həmçinin mərkəzi dirsəkaltının da qızdırılması funksiyası ilə təchiz edilir.  

Multimedia kompleksinin və oturacaqların idarə edilməsini xüsusi pultun vasitəsi ilə həyata keçirmək mümkündür.

Pult alüminiumdan korpusa və 5,7-düymlük FullHD icazəsi olan  orqanik işıqdiodlarından hazırlanmış ekrana malikdir. Bundan başqa, ön oturacaqların başlıqlarına MMI sisteminə və Wi-Fi vasitəsi ilə internetə qoşulan Android planşetləri bərkidilib. Onları çıxararaq avtomobildən kənarda istifadə etmək olar.

Arxa şüşəyə quraşdırılmış xüsusi verici günəşin arxadan düşdüyü zaman klimat-kontrol sisteminə dəyişikliklər üçün komanda verir və ionizatoru işə salır. Sedan havanın ətirləndirilməsi sistemi, 23 dimanikli Bang&Olufsen audiokompleksi, proyeksiya displeyi, özüöyrənən naviqasiya, smartfonların induksion doldurulması (öndə və arxada), dairəvi videogörüntü, adaptiv kruz-kontrol və tıxac avtopilotu ilə təchiz edilir.

Bu avtopilot 60 km/saat sürətlərində qədər işləyir, sükanı, akselerator və əyləc pedalını idarə edir, həmçinin avtomobilin qəfil yolunun kəsilməsinə də reaksiya göstərir.

Audi bu zaman sürücünün əllərinin sükanda olmasını vacib olmadığına da bildirib.

Salondakı kamera sürücünün vəziyyətinə nəzarət edəcəkdir. Əgər sürücü yuxulayarsa elektronika onu siqnal vasitəsi ilə oyadacaqdır. Sürücü reaksiya verməzsə avtomobil sakitcə yavaşlayaraq tam şəkildə dayanacaqdır. Qanunlara dəyişiklik edilməsindən sonra bu sistem 2019-cu ildən başlayaraq Almaniyada təklif ediləcəkdir. Avtomatik dayanacağa yerləşdirmə sistemi sürücünün iştirakı olmadan avtomobili həm paralel şəkildə, həm də qarajda dayanacağa qoyacaqdır. 

Audi A8 L

Bu funksiya smartfondakı əlavə  vasitəsi ilə aktivləşdirilir.  İlkin olaraq Audi A8 3,0-litrlik altı silindrli benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Bu mühərriklər 286 və 340 at qüvvəsinə malik olacaqdırlar. Sonradan 435 və 460 at qüvvəli 4,0-litrlik səkkiz silindrli dizel və benzin mühərrikləri də təklif ediləcəkdirlər. Onların ardınca sedan 585 at qüvvəli W12 mühərrikini və 48-voltluq şəbəkə tətbiq edilmiş 449 at qüvvəli mid hybrid (MHEV) güc aqreqatını əldə edəcəkdir.

Hibrid sedan elektrik ötürməsi ilə 135 kmsaat həddinə qədər sürətlənə və 50 kilometr yürüş edə bilər. 100 km/saatını belə avtomobil 4,9 saniyəyə toplayacaqdır.

Yeni bayraqdar sedanın Almaniyadakı satışlarına payızda başlanacaqdır. Standart bazalı avtomobilin qiymətləri 90600 avrodan başlayacaqdır. Audi A8 L modifikasiyasını isə 94100 avrodan başlayan qiymətlərlə əldə etmək mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt