Hələ keçən ilin mart ayında Lancia öz avtoidman proqramını və qaçan filin təsviri olan tarixi HF loqotipini canlandırdığını elan edib. O zaman elektrik ötürməli Lancia Ypsilon HF hot-hetçi elan olunsa da, belə versiya yalnız indi nümayiş etdirilib. Lakin onun xüsusiyyətləri ilkin elan ediləndən daha maraqlı alınıb.

Lancia Ypsilon HF

Yeni Ypsilon HF modeli kiçik versiyalardan yeni ön bamperi, daha iri təkər tağları və daha bol qara dekoru ilə fərqlənir. Arxa tərəfdə böyük diffuzor peyda olub, burun və ön qanadlarda isə, HF versiyasının böyük loqotipləri yerləşir.

Kuzov üçün yalnız üç rəng əlçatandır,  narıncı Arancione Lava rəngi isə, əfsanəvi Lancia Fulvia və Stratos yarış avtomobillərinə istinaddır. Görünüşü orijinal həndəsi dizayna malik olan 18-düymlük təkər diskləri tamamlayır.

Lancia Ypsilon HF Line

HF versiyasının salonunda perforasiya edilmiş Econyl süni dərisi ilə üzlənmiş relyefli oturacaqlar var, sükan çarxı isə, xüsusi dəri örtüyə və HF loqotipinə malikdir. Ön panel genişləndirilmiş işıqlandırma ilə bəzədilib, pedallarda alüminium örtmələr var. Cihazlar paneli və media sisteminin ekranlarında idman ab-havası olan qrafika var.

Texniki baxımdan, Lancia Ypsilon HF hot-hetçi Abarth 600e və Alfa Romeo Junior Veloce elektrik krossoverlərinin qardaşıdır, üstəlik, bu yaxınlarda təqdim olunan Peugeot E-208 GTi hetçbeki də onunla eyni texnikaya malikdir. 

Lancia Ypsilon HF Line

Ön oxda 280 at qüvvəsi və 345 Nm hasil edən elektrik mühərriki quraşdırılıb, baxmayaraq ki, ilkin olaraq HF üçün 240 at qüvvəsi elan edilmişdi. 100 km/saat sürətlənmə vaxtı da 5,8-dən 5,6 saniyəyə endirilib və bu, qohum avtomobillər arasında ən yaxşı nəticədir.

Maksimal sürət 180 km/saat həddində məhdudlaşdırılıb. Lancia Ypsilon HF versiyası özükilidlənən Torsen differensialına və WLTP dövrünə uyğun olaraq 370 kilometr yürüşü təmin edən 54 kilovat/saatlıq 400 voltluq dartma batareyasına malikdir.

Lancia Ypsilon HF

HF versiyasının şassisi 30 millimetr genişləndirilmiş təkər izinə və 20 millimetr azaldılmış klirensə malikdir. Ön köndələn dayanıqlılıq stabilizatoru 67%, arxadakı isə, 153% daha sərt olub. Alcon əyləc sistemi dörd porşenli mexanizmlər və ölçüləri 355 millimetrə qədər artırılmış əyləc diskləri təchiz edilib.

Lancia Ypsilon HF hot-hetçi ilə eyni vaxtda HF Line versiyası debüt edib. Belə versiya yalnız xarici kuzov dəsti və idman dekorunu ehtiva edir. Hətta onun təkər diskləri də tamölçülü HF modifikasiyasındakı kimi 18-düymlük deyil, 17-düymlükdür. Bütün avadanlıqlar standartdır. 

Rally HF Racing

1,2-litrlik turbomühərriki və quraşdırılmış 48 voltluq elektrik mühərriki olan altı pilləli preselektiv “robotu” ilə təchiz edilmiş hibrid versiyanı seçmək olar. Sistemin ümumi gücü 110 at qüvvəsidir, 100 km/saata sürətlənmə 9,3 saniyə, maksimal sürət isə, 190 km/saatdır. Alternativ kimi, ön oxda 156 at qüvvəli elektrik mühərriki olan Ypsilon HF Line versiyası təklif edilir. 

Nəhayət, iki yarış versiyası hazırlanıb və onların elektrik üstqurumları yoxdur. Lancia Ypsilon Rally 4 HF versiyası Rally 4 sinfində yarışacaq. Vəd olunduğu kimi, bu avtomobil sırf benzin mühərriki ilə hərəkətə gəlir: 1,2-litrlik “turboüçlüyün” gücü 212 at qüvvəsinə qədər artırılıb, o, beş pilləli mexaniki Sadev transmissiyası və kilidlənən differensial ilə birlikdə işləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha kiçik Lancia Ypsilon HF Racing isə, ralli dünyasına giriş biletinə çevrilməlidir. Əslində, bu, Peugeot 208 Racing modelinin analoqudur: 1,2-litrlik “turboüçlük” cəmi 145 at qüvvəsi və 240 Nm hasil edir və o, E85 (85% etanol və 15% benzin) qarışığına keçirilib, ötürmələr qutusu qısaldılmış ötürmə nisbətləri olan mülki altı pilləli mexaniki transmissiyadır. Belə bir yarış hetçbeki cəmi 39 min avroya başa gəlir.

Minik hetçbeklərinə gəlincə, hələlik yalnız “dekorativ” HF Line versiyaları sifariş üçün əlçatandır. Belə hibridin qiyməti 28 min avro, elektromobilin isə, 38 min avrodur. Əsl Lancia Ypsilon HF hot-hetçi payızda satışa çıxarılacaq və onun qiyməti 42 min avrodan başlayacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.