Qəri Paffett Norisrinqdə ikini yarış zamanı baş vermiş dəhşətli qəza barədə danışıb. Xatırladaq ki, Ceymi Qrini ötmək istəyən Mercedes pilotu idarəetməni itirərək əvvəlcə baryerlərə, sonra isə Rokenfellerin avtomobilinə çırpılmışdır.
Baryerlərlə toqquşma zamanı 6-8G arasında təzyiqə məruz qalan Paffett, Rokenfellerin avtomobili ilə toqquşma zamanı isə bu rəqəm 38-40G arasında olub. Qəzadan sonra yarış dayandılmış və hər iki pilot xəstəxanaya aparılmışdır.
“Mən qaydasındayam. Qəza nəticəsində bir neçə əziyim olub. Ümumilikdə isə hər şey qaydasındadır. Qəzanın ağır olduğunu nəzərə alsaq, nəticənin yaxşı olduğunu söyləmək gərəkdir. Mən təhlükəsiz avtomobil hazırladıqlarına görə mühəndislərə təşəkkürümü bildirmək istərdim. Rentgen sınıqlar olmadığını aşkar edib. Ancaq bir neçə qabırğam əzilib. Həkimlərə hadisənin hansı sürətdə baş verdiyi söylədikdə onlar zədəsiz qurtardığıma görə çox təəccübləniblər.
Bildirməliyəm ki, bəxtim gətirib. Hadisə zamanı avtomobildə olduğum zaman vaxtın sanki sonsuzluğa qədər uzandığını hiss edirdim.Hər şey bitdikdən sonra, fikirlərimi cəmləyərək nəyin baş verdiyini və qaydada olduğumu anlamaq üçün bir dəqiqə avtomobildən düşmədim. Bundan da pis ola bilərdi”, – Paffett alman televizisiyasına müsahibəsində bildirib.