Bring a Trailer meydançasında qeyri-adi bir lot satışa çıxarılıb – bu, ayaqqabı firmasının sahibiu Rem D. Kolhas tərəfindən inşa edilmiş Lo Res elektrokarıdır. Avtomobilin adı low resolution deməkdir və onun xarici görünüşünü xarakterizə edir: 3D modelləşdirmə Lamborghini Countach modelinin minimal sayda bucaqları olan mücərrəd versiyasının məhz belə görünüşə malik ola biləcəyini göstərib. Lot üçün verilmiş son təklif 45 min dollardır.

United Nude şirkətinin rəhbəri Rem D.Kolhas 2016-ci ildə avtomobillərlə məşğul olmaq qərarına gəlib. Elə o zaman da, o ilk Lo Res jonseptini yaradıb. Qeyri-adi dizayna malik olan konsept Wallpapaer Magazine dərgisinin mükafatına layiq görülüb. Bundan sonra daha üç prototip inşa edilib ki, onlardan biri, “03” şassi nömrəsinə sahib olan avtomobil hərraca çıxarılıb.

Le Ros modelinin minimalistik kuzovu tündləşdirilmiş polikarbonatdan hazırlanmış 12 ədəd paneldən ibarətdir. Öz növbəsində, kuzov panelləri polad borudan hazırlanmış çərçivəyə bərkidiliblər. Xarici elementrlərin sayı minimuma endirilib: yalnız panellərə quraşdırılmış işıq zolaqları və United Nude loqotipləri diqqəti çəkir. Bu isə, elektrokarın reklam funksiyası daşıdığından xəbər verir.

Elektrokara daxil olmaq üçün polikarbonatdan olan konstruksiyanı bütöv şəkildə qaldırmaq gərəkdir. Cilalanmış poladdan hazırlanmış salonda iki oturacaq, lakonik cihazlar paneli və altıbucaqlı xrom sükan çarxı var. Prototip arxa təkərləri hərəkətə gətirən 5 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Lakin avtomobilin ümumi istifadə yollarına çıxışı yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lo Res modelinin satışından əldə edilən gəlirin 50 faizinin Petersen avtomobil muzeyinin kolleksiyasının saxlanılmasına yönəldiləcəyi bildirilib. Xatırladaq ki, prototipin sahibi də məhz bu muzeydir. Qalan 50 faiz isə, “yaşıl” avtomobillərin təbliğatını həyata keçirən, karbohidrogenlərdən asılılıq və iqlim dəyişikliyi ilə mübarizə aparan Energy Independence Now qeyri-kommersiya təşkilatına yönəldiləcəkdir.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.