Bentley, İngiltərənin Kryu (Crewe) şəhərindəki zavodunda avtomobil istehsalının 80 illik yubileyi münasibətilə Mulliner tərəfindən hazırlanmış xüsusi Continental GT Azure modelini təqdim edib. Yeganə nüsxədə olan avtomobil Kryuda istehsal olunan ilk Bentley — 1946-cı il Mark VI modelindən ilham alır.

Yubiley Continental GT Azure kupesi Barnato Green kuzov rənginə və Mulliner Black dam örtüyünə malikdir. Model həmçinin karbondan elementləri ehtiva edən Styling Specification dəsti, qara və cilalanmış səthlərə malik 22 düymlük disklər və qara əyləc supportları ilə təchiz olunub.

Salonda Cricket BallBeluga dəriləridənn, almaz formalı tikişlərdən, tünd, naxışlı qoz ağacından üzlüklər və yubileyə həsr olunmuş xüsusi dekor elementlərindən istifadə edilib. Kandar lövhələrində isə həm klassik Mark VI-nın, həm də müasir Continental GT-nin siluetləri yerləşdirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bentley-nin Kryu zavodunda avtomobil istehsalı 1946-cı ildə Mark VI ilə başlayıb. Hazırkı xüsusi Continental GT Azure isə həmin tarixin müasir interpretasiyası kimi yaradılıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.