JLR şirkəti Qudvudda keçirilən Goodwood Speed Festival çərçivəsində tam elektrikli Range Rover Sport Electric modelini ilk dəfə nümayiş etdirib. Hazırda sınaq mərhələsində olan krossoverin marka tarixinin ən dinamik və ən sürətli Range Rover Sport modeli olacağı gözlənilir.

İlkin prototiplər xarici görünüş baxımından mövcud Range Rover Sport modelindən ciddi fərqlənmir. Lakin seriyaya gedəcək versiyada yenilənmiş bamperlər və optikanın quraşdırılacağı həmçinin interyerdə müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir.

Qudvudda keçirilən nümayiş zamanı elektromobil dik eniş və yoxuşları uğurla qət edib, müxtəlif maneələri aşaraq elektrik ötürmə sisteminin Land Rover-in ənənəvi ofroud bacarıqlarına xələl gətirmədiyini göstərib. Şirkətin məlumatına görə, yeni texnologiyalar həm dartma qabiliyyətini, həm də idarəetmə dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki göstəricilər hələlik açıqlanmasa da, yeni modelin təxminən 550 at qüvvəsinə malik elektrik güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Daha ətraflı məlumatın ilin sonunadək, ehtimal ki, modelin planlaşdırılan restaylinqi ilə birlikdə açıqlanacağı gözlənilir. Eyni zamanda, Range Rover Sport ailəsində benzin, dizel və plug-in hibrid versiyalar da istehsalda qalacaq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.