Lexus 2027 model ili üçün IS 350 F SPORT modelinin əsasında hazırlanmış yeni Special Appearance Package versiyasını təqdim edib. Şimali Amerika bazarı üçün nəzərdə tutulan xüsusi seriya cəmi 350 nüsxə ilə məhdudlaşacaq.

Modelin əsas vizual fərqi yeni Envious Green kuzov rəngidir. Bu rəng qara rəngli 19 düymlük BBS döymə diskləri və onların arxasında görünən qırmızı əyləc supportları ilə tamamlanır. Triple-beam LED faralar və F SPORT kuzov elementləri də standart təchizata daxildir.

Salon tərtibatında qara NuLuxe üzlüyündən, Ultrasuede əlavələri və yaşıl tikişlərdən istifadə olunub. Special Appearance Package versiyasının standart təchizatına adaptiv asqı, RWD versiyalarında isə özükilidlənən Torsen diferensialı, Mark Levinson audio sistemi, panoram görüntü monitoru və digər əlavə avadanlıqlar daxildir.

Kapotun altında isə IS 350-nin tanış 3,5 litrlik atmosfer V6 mühərriki dayanır. Mühərrik 311 at gücü380 Nm hasil edir. Arxa ötürməli versiya 8-pilləli, tam ötürməli model isə 6-pilləli avtomatik transmissiya ilə təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

350 ədədlik xüsusi seriyanın Şimali Amerikada satışa 2026-cı ilin sonuna doğru çıxması gözlənilir. Qiymət satışa yaxın açıqlanacaq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.