Lexus Almaniyadakı Toyota inkişaf mərkəzinin yaxınlığında aqressiv görünüşlü RX prototipini sınaqdan keçirir. Enli təkərlər, yüksək məhsuldarlıqlı Michelin şinləri, iri əyləc mexanizmləri, azaldılmış klirens və genişləndirilmiş qanadlar bu avtomobilin adi RX-dən ciddi şəkildə fərqlənəcəyini göstərir.
Ən maraqlı məqam kapotun altında gizlənir. Prototipin əlavə radiator və ya interkulerlərə malik olması onun güclü turbomühərriklə təchiz ediləcəyinə işarə edir. Lexus-un yeni 2,0-litrlik dördsilindrli mühərrikinin 400 at gücünı malik olacağı nəzərdə tutulur. Hibrid dəstəyi ilə yeni RX-də ümumi hasilatın təxminən 500 at gücü ola biləcəyi ehtimal edilir.
Yeni modelin RX 500h-dən təxminən 400 kiloqram daha yüngül ola biləcəyi də söylənilir. “Bərkgedən” versiyasının 2027-ci ildə debüt etməsi mümkündür, lakin Lexus hələlik nə mühərrik, nə güc göstəricisi, nə də modelin adını barədə məlumat verməyib.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









