Mitsubishi yeni Pajero-nun dünya premyerasına saatlar qalmış son tizer videosunu yayımlayıb. Beşinci nəsil model bu gün təqdim olunacaq.

Yeni Pajero klassik kvadrat siluetini müasir detallarla birləşdirir. Son görüntülərdə ön hissədə gündüz hərəkət işıqları, tam enli LED işıq zolağı, eləcə də kuzov üzərindəki Pajero yazısı daha aydın görünür. 

Model Triton pikapının çərçivəli konstruksiyasına əsaslanır və Super All-Wheel Control (S-AWC) tam ötürmə sistemi ilə təchiz ediləcək. Mitsubishi həmçinin yeni Pajero-da əvvəlki nəsillərdən ilhamlanan rəqəmsal Multi Meter sistemini təqdim edir.

Əfsanə geri qayıdır. Bu gün isə bütün detalları biləcəyik.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.