Peugeot Paris avtosalonunda əfsanəvi 205 T16 modelinin 40 illiyinə həsr olunan E-T16 Concept konseptini təqdim edib. Üç elektrik mühərriki ilə təchiz edilmiş prototip 816 at gücünə malikdir və 0-dan 100 km/saata 2,5 saniyəyə, 300 km/saata isə 16 saniyəyə sürətlənir.

Konsept 205 T16-nın 1985 və 1986-cı illərdə Dünya Ralli Çempionatında qazandığı ardıcıl titullara ehtiram olaraq hazırlanıb. Geniş təkər tağları, iri arxa spoyler və qaldırılan arxa kuzov hissəsi onun yarış xarakterini vurğulayır. Dizaynda Peugeot-nun yeni “Feline Future” üslubu və üç caynaqlı işıq imzası da tətbiq olunub.

Salonda 21 düymlük panoram ekran və sükanla ön təkərlər arasında ənənəvi mexaniki əlaqəni aradan qaldıran Hypersquare idarəetmə sistemi yer alır. “Steer-by-Wire” texnologiyası ilə işləyən bu sistem Peugeot-nun gələcək seriya modellərində də istifadə oluna bilər.

E-T16 Concept 85 kVt·saatlıq batareya və 800 voltluq elektrik arxitekturası ilə təchiz edilib. WLTP dövrünə əsasən yürüş ehtiyatı 400 kilometrə çatır, batareyanı 10 faizdən 80 faizə qədər doldurmaq isə 15 dəqiqədən az vaxt aparır. Peugeot Sport-un hazırladığı batareya soyutma sistemi yüksək yüklənmə zamanı gücün qorunmasına hesablanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

E-T16 Concept hələlik konsept avtomobildir və onun gələcək taleyi barədə heç bir məlumat verilməyib.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.