BMW şirkəti X2 kross-kupesinin xüsusi versiyasının buraxılacağını bəyan edib. Yeni versiya Edition GoldPlay adlanır, onun əsas cəhəti isə, eksteryer və interyerdəki Galvanic Gold rəngli çoxsaylı dekor elementləridir.

Xüsusi modifikasiya standart olaraq M Sport paketi, hündürülüyü bir santimetr azaldılmış M-asqısı və idman oturacaqları ilə təchiz edilir. Bundan başqa, X2 Edition GoldPlay modeli 10 modifikasiyada əlçatandır - çeşidə beş benzin və beş dizel mühərriki daxildir.

Qızılı Galvanic Gold haşiyələri ilə krossoverin radiator barmaqlığını, təkər disklərini (19 və ya 20 düymlük) yan güzgülərin gövdələrini və kandarlarını bəzəyirlər. Kross-kupenin xüsusi seriyaya məxsus olduğunu Edition GoldPlay yazıları nümayiş etdirirlər.

Qızılı haşiyələr salonda da var: oturacaqlarda qızılı rəngli tikişlər peyda olub, eyni rəngli ornamentləri cihazlar paneli, mərkəzi konsol, dirsəkaltı və qapı kartlarında görmək mümkündür. Bundan başqa, kross-kupe xüsusi tünd-yaşıl San Remo rənginə boyanır. Lakin digər rənglərdən də seçmək olar.

Geniş modifikasiya çeşidinə 306 at qüvəli M35i versiyası da daxildir, ən əlçatan modifikasiyalar isə önötürməli X2 sDrive18i və X2 sDrive17d versiyaları olacaqlar. Əlbəttə ki, 220 at qüvvəli hibrid güc qurğusu və təkrar doldurulma funksiyası olan X2 xDrive25e hibridini də yaddan çıxarmaq lazım deyil.

X2 Edition GoldPlay modelinin standart təchizatına beşinci qapının elektrik ötürməsi, ikizonalı klimat-kontrol, loqotipin proyeksiyası, kruiz-kontrol və arxa pakrlama vericiləri daxildir. Əlavə ödəniş qarşılığında matriya fənərləri və proyeksiya displeyini quraşdırmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW X2 Edition GoldPlay modelinin Avropadakı satışlarına mart ayında başlanacaqdır. Çox güman ki, BMW şirkətinin yerli nümayəndəsi belə krossoverə tələb olarsa, sifariş əsasında onu çatdırmağa hazırdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.