Etiraf etməliyəm ki, krossoverləri və iri avtomobilləri sevmirəm. Nədənsə daha çox D-seqmentindən olan sedan, və universallara üstünlük verirəm. Artıq, 9 ildir ki, Audi sahiibiyəm və bu müddət ərzində mən bu markadan olan ikinci avtomobili idarə edirəm. Dünən yeni nəsil Audi A6 sedanı ilə tanış olana kimi, yeni Audi A4 Avant haqqında düşünürdüm.
Amma yeni A6 bütün düşüncələrimi alt-üst etdi. Yeni nəslin şassisi məni heyran etdi - komfort, idarəetmə xüsusiyyətləri tamamilə yeni səviyyə təklif edir. Yeni A6-nın sürətlənməsini sözlə təsvir etmək mümkün deyil - onu hiss etmək gərəkdir.
Dizayn cəhətdən isə, yeni A6 əla alınıb - heç A8 tərəfə baxmaq belə istəmirəm. Salonun dizaynı, tərtibat materialları, mövcud olan sistemlər Audi A6-nı mükəmməl edir. Xatırlayıram ki, Audi A6 modelinin əvvəlki nəslini "qızıl orta" adlandırmışdım. Amma, deyəsən yeni A6 bu balansı pozmağa söz verib. Əlbəttə ki, müsbətə doğru..