Məşhur britaniyalı dizayner Qordon Marri Gordon Murray Automotive (GMA) şirkətini xüsusi olaraq superkarların istehsalı üçün qurub. Ventilyatordan istifadə edərək yerəsıxma qüvvəsini artıran sistem ilə təchiz olunmuş ilk modelin - GMA T.50 superkarının istehsalı artıq başa çatıb və hazırda istehsal proqramında yalnız daha sadə GMA T.33 kupesi mövcuddur.

Amma Marri daha da eksklüziv modellərin istehsalına başlamaq niyyətindədir və bu məqsədlə Gordon Murray Special Vehicles (GMSV) törəmə şirkətini yaradıb. Hazırda bu şirkət iki layihə hazırlayıb və onların hər ikisi Qordon Marrinin ən məşhur əsərinə - 90-cı illərin McLaren F1 superkarına ehtiramın əlamətidir.

İlk model GMSV Le Mans GTR adlanır və onun ilham mənbəyi McLaren F1 GTR superkarıdır. Bu modifikasiya, ilk növbədə, 1995-ci ildə “Le Manın 24 Saatı” marafonunun mütləq sıralamasında qələbə qazanması ilə tanınır.

Həmin avtomobilin əsas konstruktiv xüsusiyyəti onun uzadılmış quyruğu olub, ona görə də yeni Le Mans GTR oxşar tərtiba malikdir. Maraqlıdır ki, arxada yerəsıxma qüvvəsini artırmağa xidmət edən ventilyatora yer tapılmayıb, ona görə də ən yeni superkar yalnız klassik aerodinamikaya malikdir. 

Yeni modelin prototipləri arasında digər uzunquyruqlu digər yarış avtomobilləri də var: Porsche 917, Alfa Romeo Tipo 33/3 və Matra-Simca MS660. Qordon Marri həmişə belə avtomobillərin heyranı olduğunu etiraf edib.

GMSV Le Mans GTR kupesi GMA T.50 superkarının karbonplasitkdən hazırlanmış məkanvari çərçivəsi və eyni kompozitdən hazırlanmış hava yönləndiriciləri olan platformasına əsaslanır. Mühərrik də eynidir: 650 at qüvvəsii və 467 Nm hasil edən 4,0-litrlik Cosworth GMA V12 atmosfer mühərrikisı. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

O, bütün dartma qüvvəsini arxa oxa göndərən altı pilləli Xtrac sekvental transmissiyası ilə birlikdə çalışır. Eyni zamanda, GMSV Le Mans GTR kupesinin kuzovu tamamilə özünəməxsusdur və bu, təkcə iri diffuzoru və spoyleri olan uzadılmış arxa hissəyə deyil, həm də orijinal faralara və bamperə malik olan ön hissəyə də aiddir.

GMSV Le Mans GTR superkarı 24 nüsxəlik tirajla istehsal olunacaq və onların hər biri sifarişçinin istəyinə uyğun olaraq geniş diapazonda fərdiləşdirilə bilər.

GMSV S1 LM adlanan ikinci layihə daha unikaldır. Bu kupe nazik faralar kimi bəzi sərbəstiklərə malik olsa da, orijinal McLaren F1 superkarının lekallarına uyğun olaraq hazırlanır.

Onun əsasını da GMA T.50 modeli təşkil edir, lakin superkarın görünüşü 90-cı illərin avtomobilinə nəzər salmaqla tamamilə yenidən işlənib. Yeri gəlmişkən, GMSV S1 LM modelində də yerəsıxma qüvvəsini artıran ventilyator yoxdur və onun əvəzinə klassik sabit antiqanad qurşdırılıb.

GMSV S1 LM modelinin Cosworth V12 mühərriki 4,3 litrə qədər artırılmış həcmə və bir sıra digər təkmilləşdirmələrə malikdir və bunun sayəsində onun gücü 708 at qüvvəsinə qədər yüksəldilib, baxmayaraq ki, fırlanma anı demək olar ki, dəyişməyib - 470 Nm.

Altı pilləli mexaniki transmissiya standartdır, arxa ötürməli transmissiya isə, trek üçün nəzərdə tutulmuş GMA T.50s kupesinin komponentləri ilə gücləndirilib. Asmanın əvvəlki GMA modellərindən daha yüngül və sərt olduğu bildirilir. Qordon Marri, həmişə olduğu kimi, dinamik xüsusiyyətləri açıqlamır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GMSV S1 LM modeli cəmi beş nüsxədən ibarət olan tirajla istehsal ediləcək. Maraqlıdır ki, onların hamısını artıq bir kolleksiyaçı tərəfindən alınıb!

Bununla belə, lazımi məbləğ olarsa, GMSV mütəxəssisləri ana GMA şirkətinin texniki bazasından istifadə edərək, xüsusi sifarişlə başqa bir superkarı yaratmağa hazırdırlar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.