Əfsanəvi McLaren F1 modelinin müəlliflərindən biri olan Qordon Marri tərəfindən əsası qoyulan Gordon Murray Automotive şirkəti pərəstiş obyektinə çevrilmiş superkarın davamçısı olacaq yeni superkarın texniki xarakteristikalarını açıqlayıb. T.50 modelini seriya avtomobillərində istifadə edilən ən yüksək dövrəli mühərrik, mexaniki ötürmələr qutusu və mütərəqqi aerodinamika ilə təchiz edəcəklər.
Gordon Murray Automotive yaratdığı avtomobili McLaren F1 modelinin «mənəvi varisi» adlandırır. 980 kiloqramlıq çəkiyə və sürücüyə ünvanlanmış T.50 modelini, əllə hazırlanmış sendviç-panellərdən yığılan karbon monokokun ətrafında inşa edəcəklər. Avtomobilin kuzov panelləri karbondan hazırlanacaq. Ölçülərinə görə T.50 Porsche 911 modelindən bir qədər kiçik olacaqdır.
McLaren F1
Bazada yerləşdiriləcək 3,9-litrlik V12 Gosworth-GMA mühərriki 12100 dövr/dəqiqəyə qədər sürətlənəcəkdir. Mühərrikin hasilatı 650 at qüvvəsi və 450 Nm təşkil etməlidir. Superkar Xtrac firması tərəfindən 6-pilləli mexaniki qutusu və yüksək sürtünmə differnsialı ilə təchiz olunacaqdır.
T.50 modelinin təchizatına fərdi layihəyə əsasən hazırlanmış əyləc mexanizmləri və aktiv aerodinamik kompleks daxil ediləcəkdir. Əyləc mexanizmləri monoblok supportlara və karbon-saxsı disklərinə malik olacaqdır. Superkar qraund-effekti dinamik şəkildə tənzimləyə biləcəkdir. Bunun üçün o, avtomobilin altındakı havanı çəkərək yerəbasma gücünü artırmağa xidmət edən və 400 millimetr diametrində hava yönləndiricisi olan ventilyatorla təchiz ediləcəkdir. Belə həll yolu keçən əsrin 70-ci illərində Brabham BT46B bolidində sınaqdan keçirilb.
Brabham BT46B
Bu texnologiya hava yönləndiricilərindən, qanadlardan və başqa «dayaq» elementlərindən imtina etməyə və T.50 modelinin dizaynını «daha təmiz və cəlbedici etməyə» imkan verib.
Avtomobilin salonunda üç oturacaq olacaqdır. Sürücü oturacağı mərkəzdə quraşdırılacaqdır. Cihazlar analoq olacaq və sürücüyə doğru çevriləcəkdir. Baqaj üçün yer də nəzərdə tutulduğundan, yeni avtomobil McLaren GT ilə rəqabət də apara bilər. Marrinin sözlərinə görə, avtomobil ilk növbədə hissiyata yönəldilib və rekordlar üçün nəzərdə tutulmayıb. «Mclaren F1 aşağı çəksi və kiçik ölçüləri sayəsində sürətli idi», - Marri dəqiqləşdirib.
Cəmi 100 ədəd T.50 modeli buraxılacaqdır. Hər bir avtomobil iki milyon funt-sterlinqə satılacaqdır. İlk avtomobillər müştərilərə 2022-ci ilin sonunda çatdırılacaqdırlar.