Əfsanəvi McLaren F1 modelinin müəlliflərindən biri olan Qordon Marri tərəfindən əsası qoyulan Gordon Murray Automotive şirkəti pərəstiş obyektinə çevrilmiş superkarın davamçısı olacaq yeni superkarın texniki xarakteristikalarını açıqlayıb. T.50 modelini seriya avtomobillərində istifadə edilən ən yüksək dövrəli mühərrik, mexaniki ötürmələr qutusu və mütərəqqi aerodinamika ilə təchiz edəcəklər.
Gordon Murray Automotive yaratdığı avtomobili McLaren F1 modelinin «mənəvi varisi» adlandırır. 980 kiloqramlıq çəkiyə və sürücüyə ünvanlanmış T.50 modelini, əllə hazırlanmış sendviç-panellərdən yığılan karbon monokokun ətrafında inşa edəcəklər. Avtomobilin kuzov panelləri karbondan hazırlanacaq. Ölçülərinə görə T.50 Porsche 911 modelindən bir qədər kiçik olacaqdır.
Bazada yerləşdiriləcək 3,9-litrlik V12 Gosworth-GMA mühərriki 12100 dövr/dəqiqəyə qədər sürətlənəcəkdir. Mühərrikin hasilatı 650 at qüvvəsi və 450 Nm təşkil etməlidir. Superkar Xtrac firması tərəfindən 6-pilləli mexaniki qutusu və yüksək sürtünmə differnsialı ilə təchiz olunacaqdır.
T.50 modelinin təchizatına fərdi layihəyə əsasən hazırlanmış əyləc mexanizmləri və aktiv aerodinamik kompleks daxil ediləcəkdir. Əyləc mexanizmləri monoblok supportlara və karbon-saxsı disklərinə malik olacaqdır. Superkar qraund-effekti dinamik şəkildə tənzimləyə biləcəkdir. Bunun üçün o, avtomobilin altındakı havanı çəkərək yerəbasma gücünü artırmağa xidmət edən və 400 millimetr diametrində ventilyatorla təchiz ediləcəkdir. Belə həll yolu keçən əsrin 70-ci illərində Brabham BT46B bolidində sınaqdan keçirilb.
Bu texnologiya hava yönləndiricilərindən, qanadlardan və başqa «dayaq» elementlərindən imtina etməyə və T.50 modelinin dizaynını «daha təmiz və cəlbedici etməyə» imkan verib. T.50 modelinin aerodinamikası üzərində işlər Formula 1 çempionatında iştirak edən RacingPoint Formula One komandası ilə birlikdə aparılır. Məlumdur ki, Racing Point komandası aerodinamik boruya və bu sahədə təcrübəli mütəxəssislərə malikdir.
Ventilyator arxa diffuzordan keçən hava axının sürətləndirir. Bundan başqa, havalandırma dəlikləri transmissiyadakı yağı soyutmaq üçün havanı aşağı yönləndirlir. Əlavə olaraq, hava axınını yönləndirmək üçün avtomobilin arxasında iki aktiv qanad quraşdırılıb. Onlar yerəbasma gücün artırmağa və ya hava axının müqavimətini azaltmağa xidmət edirlər.
“Aşağı sürətlərdə bizə maksimum yerəbasma gücü gərək olduqda, butün kəsikləri açaraq ventilyatoru tam gücü ilə işlədirik. Nəticədə, avtomobilin arxasında yaranmış “çirkli” hava axını yol səthinə yönləndirilir ki, bu da yaranmış vakkumu doldurmağa yardım edir” – Road&Track nəşrinə müsahibə verən Marri məsələyə dəqiqlik gətirib.
Mürəkkəb sistem altı rejimə malikdir. Auto rejimində sistem sürət və sürücü hərəkətlərinə uyğunlaşır, Brake Mode rejimində yerəbasma gfücünü iki dəfə artıraraq 240 km/saat sürətindən yavaşlama zamanı əyləc yolunu 10 metr azaldır. High Downforce rejimi 30% əlavə yerəbasma gücü hasil edir, Streamline isə aerodinamik müqavimət əmsalını 10% azaldaraq, superkarın arxa hissəsini virtual olaraq uzatmaq üçün ventilyatoru maksimal dövrələrdə çalışdırır. Vmax Mode rejimində isə 48 voltluq şəbəkədən qidalanan elektromotor 30 at qüvvəli elektromotoru qoşur. Test rejimində isə yalnız aerodinamikanın effektivliyi nümayiş etdirilir.
Avtomobilin salonunda üç oturacaq olacaqdır. Sürücü oturacağı mərkəzdə quraşdırılacaqdır. Cihazlar analoq olacaq və sürücüyə doğru çevriləcəkdir. Baqaj üçün yer də nəzərdə tutulduğundan, yeni avtomobil McLaren GT ilə rəqabət də apara bilər. Marrinin sözlərinə görə, avtomobil ilk növbədə hissiyata yönəldilib və rekordlar üçün nəzərdə tutulmayıb. «Mclaren F1 aşağı çəksi və kiçik ölçüləri sayəsində sürətli idi», - Marri dəqiqləşdirib.
Gordon Murray Automotive şirkəti artıq T.50 modelinə olan sifarişləri qəbul edir. Superkar 100 nüsxəlik tirajla buraxılacaqdır. Hər bir avtomobil iki milyon funt-sterlinqə satılacaqdır. İlk avtomobillər müştərilərə 2022-ci ilin sonunda çatdırılacaqdırlar.