Əfsanəvi F1 superkarının müəllifi olan Qordon Mürrey yaratdığı yeni GMA T.50 Coupe superkarı bu günə qədər yol avtomobillərində istifadə edilən ən yüksək dövrəli və yeyin reaksiyalı atmosfer mühərrikini alacaqdır. Güc aqreqatı Cosworth ilə birlikdə hazırlanmış, V-şəkilli quruluşa, 12 silindrə və 3,9-litrlik iş həcminə malikdir.
GMA şirkətindən bildirildiyinə görə, texniki şərtlərin əsas maddəsi mümkün dərəcədə aşağı iş həcmi olub. Mühəndislər üçün ilham mənbəyi olaraq Ferrari 250 GTO modelinin 3,3-litrlik V12 mühərriki və digər əfsanəvi aqreqatlar çıxış ediblər.
Onların arasında 11,500 dövrəyə qədər sürətlənən Light Car Company Rocket firmasının 1,0-litrlik Yamaha mühərriki, 1990-cı illərin əvvəllərində McLaren MP4/6 avtomobilinə quraşdırılmış Honda RA121E V12 aqreqatı və McLaren F1 superkarı üçün Mürreyin iştirakı ilə hazırlanmış BMW S70/2 V12 mühərriki də vardır. Nəticədə, Cosworth, sələflərinin ən yaxşı cəhətlərini özündə cəmləyən “hibridə” çevrilib.
T.50-nin mühərriki tamamilə orijinaldır: GMA şirkətindən onun digər mühərriklər ilə ortaq bir hissəsinin olmadığını söyləyiblər. Silindr bloku yüksək möhkəmlikli alüminium ərintisindən, sürgü qolları və klapanlar isə titandan hazırlanır. Dirsəkli val poladdandır və 13 kiloqram çəkiyə malikdir.
Mühərrikin hasilatı 663 at qüvvəsi (11,500 dövr/dəqiqədə əlçatandır) və 467 Nm fırlanma anı (9,000 dövr/dəqiqədə əlçatandır) təşkil edir. Dövrlərin maksimal həddi 12,100 dövr/dəqiqədə məhdudlaşdırlıb. Güc qurğusu 48 voltluq startyor-generator ilə təchiz olunmuşdur və onun ağırlığı cəmi 178 kiloqramdır. Bir litrə düşən gücün nisbəti 166 at qüvvəsidir.
T.50 modelinin mühərrikinin başqa bir xüsusiyyəti akselerator pedalının başılamasına şimşək sürəti ilə cavab verməsidir. Bu konsepsiyanı izah etmək üçün Mürrey yeni kəmiyyəti təqdim edib: mühərrikin bir saniyə ərzində fırlanacağı məhdudiyyətsiz dövrlərin sayı. Mühərrikin göstəricisi 28.400 dövr/dəqiqədir. Müqayisə üçün, Formula 1 mühərriklərində bu göstərici 10.000 dövr/dəqiqə təşkil edir.
Beləliklə, 3,9-litrlik V12 mühərriki qırmızı zonaya 0.3 saniyəyə çatacaqdır. Salondakı müvafiq səsi, karbondan kuzova quraşdırılmış və divarlarının dəyişən qalınlığına malik olan inersiya hava girişi təmin edəcəkdir. Bu divarlar sayəsində mühərrikin səsi dinamikdə olduğu kimi gücləndirilir.
GMA T.50 modelinin mühərriki yarıstruktur elementdir - yəni, komfortu pozmadan əlavə struktur möhkəmliyini təmin edir. Mühərrikin yan tərəflərə yerdəyişməsi ötürmələr qutusuna bərkidirilmiş iki qol ilə məhdudlaşdırlır. Uzunlamasına yerdəyişmələri isə, dayaqlardakı dempferlənən oymaqlara tənzimləmək mümkündür.
Mühərrik mümkün qədər yerə yaxın “oturdulub” və onun ən aşağı nöqtəsi ilə dirsəkli valı arasındakı məsafə 85 millimetrdir. Yarış mühərriklərindəki kimi, blok qapaqla örtülmür və köməkçi avadanlıqların kəmər ötürmələri dişliləri ilə əvəz edilib.
Güc qurğusu altı pilləli Xtrac transmissiyası ilə tandemdə çalışacaqdır. Qutu, dişlərin yaxın nisbətləri, qısagedişli qolu, H şəkilli ötürmələr sxemi, silisium karbidi və titandan hazırlanmış üçdiskli muftası və inteqrasiya olunmuş yüksək sürtünməli differensialı ilə seçilir. GMA T.50 modelinin təqdimatı 4 avqust tarixinə planlaşdırılıb.