Mübaribədən sonra debüt etmiş QAZ-M-20 «Pobeda» modeli sovet sənayenin dirşəldilməsi və ölkənin avtomobilləşdirilməsi sahəsində böyük xidmətlərə malik olub. Avtomobil zamanına görə inqlabi sayılırdı. Aparıcı kuzova malik olan ilk sovet avtomobili SSRİ-də buraxılan ən kütləvi avtomobil olub - 12 il ərzində 240 min ədəd M-20 «Pobeda» modeli istehsal edilib.
Müəyyən müddət «Pobeda» nişanına olan hüquqlar Qorki avtomobil zavoduna məxsus olmasa da, 2009-cu ildə QAZ brendi geri alıb. 10 il sonra isə «Xartunq» şirkəti brendi zavodun əlindən almağa cəhd göstərib. Səbəb kimi zavodun Pobeda adından istifadə etməməsi göstərilib.
Deyəsən, QAZ şirkəti Pobeda adını yenidən geri qaytarmağı planlaşdırır. Nijni Novqorod istehsalçısı müasir stilistikada hazırlanmış loqotipi Rusiya federal sənaye mülkiyyəti institutunda patenləşdirib. Xatırladaq ki, QAZ 10 il bundan öncə minik avtomobillərinin istehsalına son verib. Yeni loqotiöin qeydiyyatı isə Nijni Novqoroddakıların yenidən bu sahəyə qayıtmaq istəyindən xəbər verə bilər.