Çin-İsrail birgə müəssisəsi olan Qoroş şirkəti məşhur Koenigsegg şirkəti ilə birlikdə hazırladıqları Qoros Model K-EV konsptual avtomobilini təqdim etmişdirlər. Konseptin kütləvi nümayişi bir neçə gündən sonra işinə başlayacaq Şanxay avtosalonunda keşiriləcəkdir.
Konsept 800 vattlıq batareyadan qidalanan və tərkibinə üç elektromotor və benzim mühərriki daxil olan Koenigsegg güc qurğusu ilə hərəkətə gəlir. Eyni batareyalar Regera modelində də quraşdırılır.
Konsept ümumi gücü 1306 at qüvvəsi olan güc qurğusu ilə təchiz edilmişdir. Bu Koenigsegg Regera modelində olduğundan 200 at qüvvəsi azdır. İstehsalçı dolu batareya və yanacaq çəni ilə prototipin 800 kilometr qət etmək iqtidarında olduğunu bildirmişdir.
Qoros K-EV prototipi 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir və 264 km/saat maksimal sürətə malikdir. Xatırladaq ki, Koenigsegg Regera 100 km/saata 2,8 saniyəyə sürətlənsə də, 410 km/saat maksimal sürətə malikdir. Avtomobil maraqlı qapılara malikdir: üç qapılı sxemə malik olan prototipin sağ qapısı bütövlüklə açılsa da, sol tərəfdə ön qapı adi şəkildə, arxa qapı isə sürüşdürülərək açılır.
Qeyd etmək lazımdır ki, K-EV şou-kar olaraq sərgilənəcəkdir. İstehsalçı konseptin seriya variantının istehsalı barədə düşünmür.