1961-ci ildə Almaniyadan olan Quandt Group şirkəti Amphicar adlı avtomobil-amfibiyanı istehsal etmişdir. O zamanlar belə avtomobillər dəbdə olduğundan şirkət 3870 ədəd amfibiya satmağa müvəffəq olmuşdu. Bu avtomobillərdən birini Amerika Birləşmiş Ştatlarının 36-ci prezidenti Lindon Conson da əldə etmişdi. Conson tutduğu yüksək vəzifəyə başmayaraq çox ekstravaqant şəxsiyyəti ilə seçilirdi, eyni zamanda zarahat etməyi və əylənməyi çox sevirdi.
Dəfələrlə o qonaqlarını öz rançosunu gəzməyə dəvət edən zaman Amphicar’dan istifadə etməyi təklif edər və dostlarına bu avtomobilin amfibiya olduğunu bildirməzmiş.
Rançonun ərazisində davam edən ekskursiya gölün ətrafına çatdıqda Conson avtomobili sürətləndirərək suya yönəldər, həyacanla qonaqlara əyləclərin xarab olduğunu və tutmadığını deyərmiş.
Amphicar əlbəttə ki, suyun üzündə qalar, dünyanın ən qüdrətli dövlətinin prezidenti isə dəhşətə gələn qonaqların reaksiyasına baxaraq qəhqəhə çəkərək gülərmiş.
Lindon Conson Amphicar'ın sukanı arxasında