Bu yaxınlarda Bonhams hərrac evi İsveçrədə maraqlı bir hərrac keçirməlidir. Bu hərracda Ekvatorial Qvineyanın vitse-prezidenti Teodoro Nquema Obianq Manqe məxsus olan kolleksiya satılacaqdır.
Hərrac haqqında geniş məlumat verilməsə də, onun İsveçrədəki Bonmont Golf&Country Club ərizisində keçiriləcəyi bildirilir. Bonhams hərrac evi hərracdakı satışdan 13 milyon dollara yaxın vəsaitin əldə olunacağı ehtimal edilir. Hərracdan əldə edilən vəsait Ekvatorial Qvineyadakı sosial proqramlara yönəldiləcəkdir.
Obianq Manqe inanılmaz dərəcədə varlıdır və dəfələrlə dövlət vasaitindən qeyr-qanuni istifadəyə görə sərt şəkildə tənqid olunub. Bir zamanlar Fransada 100 milyon avroluq villaya malik olan siyasətçi ekzotik avtomobillərin daxil olduğu iri kolleksiyanı da toplayıb. Bu avtomobillərin əksər hissəsi 2012 və 2016-cı illərdə müsadirə olunublar.
2012-ci ildə fransız hökuməti aralarında Bugatti Veyron Grand Sport, Maserati MC12, Ferrari 599 GTO, Bugatti Veyron, Porsche Carrera GT avtomobilləri olan kolleksiyanı müsadirə edərək satıb. 2016-cı ildə isə siyasətçinin İsveçrədəki 25 avtomobili müsadirə edilib. Hazırda bu avtomobillər hərraca çıxarılır.
Lamborghini Veneno Roadster
Bu kolleksiyada nadir tapılan Lamborghini Veneno Roadster, Koenigsegg One:1, McLaren P1 kimi unikal avtomobillər vardır. Məsələn, 9 nüsxədə buraxılmış Lamborghini Veneno Roadster modelinin ilkin satış qiyməti 4,5 milyon dollar olub. Xüsusi sifarişlə hazırlanmış Koenigsegg One:1 də yeddi nüsxədə buraxılmış unikal avtomobillərdən biridir. Qalan avtomobillərin arasında Ferrari Enzo, LaFerrari, Aston Marton One-77 və Ferrari F12 tdf kimi superkarların olduğu söylənilir.