Keçmiş F1 və DTM pilotu, indi isə restarator olan Ralf Şumaxer Instaqram sosial şəbəkəsində əldə etdiyi avtomobil haqqında məlumat verib - sabiq F1 pilotu Lada 4x4 Taiga ofrouderinin sahibi olub. Əfsanəvi yeddiqat dünya çempionu Mixael Şumaxerin kiçik qardaşı şəxsi istehsalı olan ağ şərabların satışını həyata keçirir və bunun üçün onun dözümlü avtomobilə ehtiyac varmış.
2012-ci ildə avtoidmandakı karyerasını başa vuran Ralf Şumaxer Almaniyanın Berqhaym şəhərində restoran açıb və Sloveniyada şərabçılıq müəssisəsini satın alıb. Schumacher Selection xəttindən olan şərabları nəinki Şumaxerin restoranında almaq, həm də onların çatdırılmanı sifariş etmək olar. Ziyafət və bayram tədbirləri üçün təkərli mini-barı da sifariş etmək olar. Lada 4x4 Taiga modeli məhz bu məqsədlər üçün nəzərdə tutulub - oforuder xüsusi tərtibata malik olan qoşqu ilə təchiz edilib.
Üçqapılı ofrouderi almaq üçün Şumaxer 12.590 avro ödəyib. Bundan başqa, o, qoşqu və onun tərtibatına, bucurqadın, damdakı baqajın, kandar ayaqaltılarının quraşdırılmasına, tündləşdirilmiş şüşələrə və ön işıq texnikasının dəyişdirilməsinə pul xərcləməli olub.
Almaniyada Lada 4x4 modelinin qiymətləri 11.990 avrodan başlayır. Ofrouder 83 at qüvvəli 1,7-litrlik benzin mühərriki ilə təchiz edilir.