Iri yolsuzluq avtomobilləri ilə məşhur olan Ram markası, 1500 pikapının xüsusi modifikasiyası olan Stinger Yellow Sport adlı modelin istehsalının başlandığını bəyan etmişdir. Xüsusi modifikasiyadan olan avtomobillərin kuzovu parlaq sarı rəngə boyanmış, unikal qara zolaqlarla bəzədilmişdir. Xüsusi versiyadan olan pikaplar genişləndirilmiş əlavə avadanlıqlar siyasını əldə etmiş və may ayının sonlarında dilerlərin salonunda nümayiş etdiriləcəklərdir. Ram 1500 Stinger Yellow Sport pikapları iki konfiqurasiyada təklif ediləcəkdirlər - Crew Cab 4x2 və Crew Cab 4x4. Adlarından da göründüyü kimi, avtomobillər ancaq ötürmə sistemi ilə fərqlənəcəkdirlər - birinici variant arxadan çəkişli, ikinci variant isə tam çəkişli olacaqdır.
İri ölçülərə malik olan pikap 395 at qüvvəsi gücü olan 5,7-litrlik səkkiz silindirli Hemi mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə calışacaqdır. Sarı-qara rəngli Ram 1500 Stinger Yellow Sport pikapı havalandırmalı kapot, idman xarakterli xüsusi buraxılış sistemi və ölçüləri 20 - 22 düym arasında dəyişən unikal təkər diskləri dəsti ilə təchiz ediləcəkdir.
Avtomobilin eksteryerdəki idman üslubu onun interyerinə də siraət etmişdir - burada dəri ilə örtülmüş idman oturacaqlarını, xüsusi ilmə və loqotipləri, nəzərə çarpan sarı tikişləri, əlavə xromdan işləmələri və arxa görüntü kamerası, GPS-naviqasiyası, 8,4-düymlük sensorlu ekranı olan Uconnect məlumat-əyləncə kompleksini görmək olar. Ram 1500 Stinger Yellow Sport modifikasiyasından olan avtomobillərdən cəmi 2250 ədəd istehsal ediləcəkdir.
Avtomobilin ABŞ bazarındakı minimum qiyməti 43145 dollar təşkil edir ki, bu qiymətə də 1195 dollar çatdırma xidmətinə görə ödəniş daxil edilməmişdir.