Ram şirkəti 1500 TRX pikapının modifikasiya çeşidinə daha bir xüsusi versiyanı əlavə edib - Havoc Edition (ingilis dilindən tərcümə - dağıdılma, xaos, məhv edilmə). Xüsusi seriyadan olan pikaplar gələn ilin əvvəlində satışa çıxarılacaq, Baja Yellow kuzov rəngi və zəngin standart avadanlıq siyahısı ilə seçiləcəkdir.
Belə pikaplar, TRX Level 2 Equipment Group paketinə əlavə olaraq panoram lyuk, püskürtmə yolu ilə yük bölməsinə vurulmuş qoruyucu örtük, yükü bərkitmək üçün qarmaqlar, ayaq dayaqları təchiz ediləcək və xüsusi interyer dekoruna sahib olacaqlar.
Ram 1500 TRX Havoc Edition pikapları alıcıları parlaq Baja Yellow kuzov rəngi ilə cəlb edəcək, qalan cəhətdən isə, başqa bir xüsusi versiyanı - 1500 TRX Sandblast Edition versiyasını təkrarlayacaqdır. Bu o deməkdir ki, pikap digər şeylərlə yanaşı, tərkibinə qızdırılan arxa oturacaqlar və sükan çarxı, tənzimlənən pedal qovşağı, proyeksiya displeyi və 19 dinamikli Harman Kardon sistemi daxil olan TRX Level 2 Equipment Group paketi ilə təchiz ediləcəkdir.
Bütün sadalananlara “bedloklar” ilə uyğunlaşan 18-düymlük təkər diskləri, iki hissəli panoram lyuk, kabinədəki əlavə LED əyləc işığı, yük sahəsinə pükürdülmüş qoruyucu örtük, yükün bərkidilməsi üçün qarmaqlar və ayaqaltılıqlar əlavə edilir. İnteryerin xüsusiyyətləri - sarı Prowler Yellow tikişləri, oturacaqların kürək hissəsindəki TRX tikmə-naxışları, karbonplastiklə tərtibat və proyeksiya displeyidir. Bundan əlavə, 1500 TRX Havoc Edition adaptiv kruiz-kontrol, zolaqda saxlama və piyadanın qarşısında təcili əyləcləmə funksiyası ilə təchiz olunub.
Bu arada texniki hissədə heç bir dəyişiklik yoxdur. Pikap 712 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik HEMI V8 mühərriki ilə hərəkətə gəlir. Mühərrik səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır. TRX Havoc Edition versiyasə 2023-cü ilin birinci rübündə satışa çıxmalıdır. Xüsusi seriyadan olan pikapların qiyməti 104 550 dollardan başlayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.