Ram şirkəti 1500 pikpaının TRX indeksli ekstremal versiyasını təqdim edib. Təqdimatdan iki gün keçməmiş 702 nüsxəlik tirajla buraxılacaq Launch Edition seriyasından olan bütün pikaplar satılıb. Ram 1500 TRX Launch Edition modelinin tirajı onun mühərrikinin "amerikan" at qüvvəsinə işarədir.
Debüt partiyasından olan avtomobillərin qiyməti 90.265 dollar təşkil edir. Şirkət ın Launch Edition seriyasından olan pikaplaristehsalını artırmaq niyyətində deyil, buna görə də, Ram 1500 TRX Launch Edition modelini sifariş edə bilməyənlər digər versiyalarından birini seçməli olacaqdırlar.
Ram 1500 TRX pikapı 712 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən 6,2-litrlik kompressorlu V8 HEMI mühərriki ilə təchiz edilmişdir. Mühərrik gücləndirilmiş səkkiz pilləli TorqueFlite 8HP95 avtomatik ötürmələr qutusu və 2.64:1 azaldığı cərgəsi olan BorgWarner 48-13 paylayıcı qutusu ilə birlikdə çalışır.
Belə qurğuya malik olan pikap 60 mil/saat (97 km/saat) həddinə 4.4 saniyəyə sürətlənir və dörddə bir mil (402 metr) məsafəni 12.9 saniyəyə qət edir. Bu məsafənin sonunda pikapın sürəti 174 km/saata çatır. Avtomobilin maksimal sürət həddi elektronika tərəfindən 190 km/saat həddində məhdudlaşdırılıb.
Pikap yolsuzluqda keçirilən yarışlar üçün hazırlanıb: pikap dərinliyi yarım metrdən çox olan çay keçidini qət etməyə qadirdir. Ram 1500 TRX modelinin giriş və çıxış bucaqları, müvafiq olaraq, 30,2 və 23,5 dərəcədir. Bundan əlavə, ekstremal pikap 3,67 ton ağırlığında qoşqunu yedəyə ala bilər.
Launch Edition xüsusi seriyasından olan pikapla yanaşı, 70.095 dollara satılan variant da mövcuddur. Pikapların istehsalı Miçiqandakı Sterling Heights Assembly Plant zavodunda təşkil edilib.